Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7007

Digər sorğular

Dövlət Komitəsinin sədri Füzulidə vətəndaşları qəbul edib

17:47  |    27 Oktyabr 2018  |   E-mail  |  Çapa göndər


Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev oktyabrın 26-da Füzuli rayonunda vətəndaşları qəbul edib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev oktyabrın 26-da Füzuli rayonunun Horadiz şəhərindəki Muğam Mərkəzində vətəndaşları qəbul edib.

Qəbulda Füzuli və Beyləqan rayonlarında, həmçinin Cocuq Mərcanlıda (Cəbrayıl rayonu) yaşayan vətəndaşlar iştirak ediblər. Müraciət edənlərin əksəriyyəti həmin ərazilərdə məcburi köçkün kimi məskunlaşan şəxslər olub. Onlar, əsasən, dövlət mənzil fonduna məxsus xüsusi təyinatlı yaşayış sahələrinin verilməsi, vahid aylıq müavinətin təyin edilməsi və məşğulluq məsələləri ilə bağlı müraciət ediblər. Vətəndaşlara məcburi köçkünlərin sosial problemlərinin həlli, o cümlədən mənzil-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluq imkanlarının genişləndirilməsi ilə bağlı həyata keçirilən dövlət tədbirləri haqqında ətraflı məlumat verilib.

Qeyd edilib ki, məcburi köçkünlər üçün yeni qəsəbələrin salınması, məşğulluğunun təmin edilməsi üçün həyata keçirilən işlər Prezident İlham Əliyevin onlara göstərdiyi diqqət və qayğının nəticəsidir. Birinci vitse-prezident xanım Mehriban Əliyeva məcburi köçkünlərin problemlərinə həssaslıqla yanaşır, qəzalı bina və tikililərdə , ən ağır şəraitdə yaşayan məcburi köçkünlərin yeni mənzillərə ilk növbədə köçürülməsi ilə bağlı işlərin gedişini şəxsən nəzarətdə saxlayır.

Vətəndaşların müraciətlərinin bir qismi yerində həll edilib.

Dövlət Komitəsinin sədri müraciətlərdə qaldırılan məsələlərin qısa müddətdə araşdırılacağını və müvafiq tədbirlərin görüləcəyini bildirib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
13.08.2020
Bakı Metropoliteni işçi axtarır - VAKANSİYA
13.08.2020
Gəncədə “Qarabağ qazilər” birliyinin filialı yaradıldı – RƏSMİ
12.08.2020
Azərbaycanda restoranlar açılır, toylar isə bu tarixədək olmayacaq
12.08.2020
Uşaq pulu ilə bağlı mühüm YENİLİK
12.08.2020
Bakıda rekord sayda avtobus xəttə buraxıldı