Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6668

Digər sorğular

Bakı şəhərində yaradılacaq Əmək Mərkəzi İslam ölkələri arasında əlaqələrin inkişafına xidmət edəcək

00:17  |    27 Oktyabr 2018  |   E-mail  |  Çapa göndər


Bakı şəhərində yaradılacaq Əmək Mərkəzi İslam ölkələri arasında
əmək, məşğulluq, sosial müdafiə sahələrində əlaqələrin inkişafına xidmət edəcək

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Bakı şəhərində beynəlxalq statuslu və ixtisaslaşmış qurumu kimi yaradılması nəzərdə tutulan Əmək Mərkəzinin Nizamnaməsinin təsdiq edilməsi haqqında Qanunu imzalayıb.

İƏT-in Bakı şəhərində yaradılacaq beynəlxalq statuslu Əmək Mərkəzi təşkilatın ixtisaslaşmış qurumu olaraq, əmək, məşğulluq, sosial müdafiə və insan kapitalının inkişafı sahəsində üzv dövlətlərin səylərinin birləşdirilməsi, əmək, məşğulluq, sosial müdafiə sahələrində əlaqələrin inkişafı, müvafiq qurumlarının və digər aidiyyəti İƏT təşkilatlarının fəaliyyətinin əlaqələndirilməsi, habelə əməkdaşlıq müstəvisində geniş təcrübə-məlumat mübadilələrinin aparılması məramına xidmət edəcək.

Qeyd edək ki, 2013-cü ilin aprel ayında İƏT-ə üzv dövlətlərin əmək nazirlərinin Bakı şəhərində keçirilmiş ikinci konfransında Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin İƏT-in mənzil-qərargahı Bakı şəhərində olmaqla Əmək Mərkəzinin yaradılması barədə təklifi yekdillə dəstəklənib.

İƏT əmək nazirlərinin 2015-ci ilin oktyabr ayında Cakarta şəhərində (İndoneziya) keçirilmiş üçüncü konfransında Mərkəzin Nizamnamə layihəsi nəzərdən keçirilərək bəyənilib, İƏT Xarici İşlər Nazirləri Şurasının 2016-cı ilin oktyabr ayında Daşkənd şəhərində (Özbəkistan) keçirilmiş 43-cü sessiyasında isə həmin Nizamnamə təsdiq olunub. Nizamnaməyə əsasən, Əmək Mərkəzinin mənzil-qərargahı Bakı şəhərində yerləşəcək və Nizamnamə 10 üzv dövlət tərəfindən ratifikasiya edildikdən sonra yekun qüvvəyə minəcəkdir. Artıq Türkiyə və Azərbaycan tərəfindən bu Nizamnamə imzalanaraq ratifikasiya edilib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
28.01.2020
Ucarın kəndində qaz təminatında fasilə yaranıb
27.01.2020
Əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyasına dəstək məqsədli maarifləndirici təlimlərə başlanıb
25.01.2020
Nazirlik: 40 mindən çox şəxsə elektron qaydada pensiya, müavinət və təqaüd təyin edilib
24.01.2020
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi üç rayonun sakinləri ilə görüşüb
24.01.2020
“Azəriqaz”ın rəhbərliyi üç rayonda qəbul keçirdi