Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6668

Digər sorğular

Rumıniya ilə olan Müştərək Komissiyanın ölkəmiz tərəfindən yeni tərkibinin hazırlıq iclası keçirilib

16:32  |    25 Oktyabr 2018  |   E-mail  |  Çapa göndər


Azərbaycan və Rumıniya arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki
əməkdaşlıq üzrə Müştərək Komissiyanın ölkəmiz tərəfindən
yeni tərkibinin hazırlıq iclası keçirilib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 6 oktyabr 2018-ci il tarixli 525 nömrəli Sərəncamı ilə “Azərbaycan Respublikası Hökuməti və Rumıniya Hökuməti arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiya”nın Azərbaycan Respublikası tərəfindən təsdiq edilmiş yeni tərkibinin hazırlıq iclası keçirilib.

Sərəncama əsasən Komissiyanın üzvləri sırasına xarici işlər, iqtisadiyyat, energetika, mədəniyyət, nəqliyyat, rabitə və yüksək texnologiyalar, kənd təsərrüfatı, təhsil, səhiyyə nazirlərinin müavinləri, Dövlət Turizm Agentliyinin sədri, Dövlət Neft Şirkətinin vitse-prezidenti, Azərbaycan Mərkəzi Bankı sədrinin müavini və ölkəmizin Rumıniyadakı fövqəladə və səlahiyyətli səfiri daxildir.

Komissiyanın Azərbaycan tərəfindən həmsədri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu xarici siyasət kursunun ölkəmizin beynəlxalq münasibətlər sistemində fəal mövqeyə və yüksək nüfuza malik olmasına, dünya ölkələri ilə müxtəlif sahələrdə əməkdaşlığın qurularaq genişlənməsinə səbəb olduğunu vurğulayıb. Nazir Azərbaycanla Rumıniya arasında dostluq münasibətlərinə əsaslanan əlaqələrdən, strateji əməkdaşlıqdan bəhs edib. O, dövlət başçısının 6 oktyabr 2018-ci il tarixli Sərəncamı ilə iki ölkə arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın təsdiq edilmiş yeni tərkibinin də bu əlaqələrin uğurlu inkişafına töhfə verəcəyinə əminliyini bildirib.

İclasda Müştərək Komissiyanın növbəti iclasına hazırlıq işləri, həmin iclasın Protokol layihəsi və qurumlardan ölkələrarası əməkdaşlığa dair təkliflərin təqdim olunması, iqtisadi-sosial əlaqələrin inkişafı və s. məsələlər müzakirə olunub.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
28.01.2020
Ucarın kəndində qaz təminatında fasilə yaranıb
27.01.2020
Əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyasına dəstək məqsədli maarifləndirici təlimlərə başlanıb
25.01.2020
Nazirlik: 40 mindən çox şəxsə elektron qaydada pensiya, müavinət və təqaüd təyin edilib
24.01.2020
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi üç rayonun sakinləri ilə görüşüb
24.01.2020
“Azəriqaz”ın rəhbərliyi üç rayonda qəbul keçirdi