Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6472

Digər sorğular

UAFA ilə gələcək fəaliyyət istiqamətləri müzakirə olunub

15:27  |    24 Oktyabr 2018  |   E-mail  |  Çapa göndər


Sosial xidmətlər sahəsində UAFA ilə gələcək fəaliyyət istiqamətləri müzakirə olunub

Ölkəmizdə sağlamlıq imkanları məhdud uşaqlar üçün reabilitasiya yönümlü sosial xidmətlər sisteminin əsas məqsədi belə uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması, eyni zamanda, həmin müəssisələrdəki uşaqların səmərəli reabilitasiya xidmətləri, de-institusionalizasiya tədbirləri vasitəsilə yenidən doğma ailə mühitinə qaytarılmasıdır. Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycana Birgə Yardım Təşkilatının (UAFA) rəhbəri Qven Börçel ilə nazirlikdə keçirilən görüşdə bildirib.

S.Babayev vurğulayıb ki, dövlətin sosial siyasətində sağlamlıq imkanları məhdud uşaqların sağlamlıqlarının bərpası, onların reabilitasiyası və cəmiyyətə inteqrasiyası xüsusi yer tutur. Hazırda nazirliyin tabeliyindəki 1 və 2 saylı sosial xidmət müəssisələrində 330-dan çox sağlamlıq imkanları məhdud uşaq daimi dövlət təminatındadır. Heydər Əliyev Fondunun “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramı çərçivəsində hər iki müəssisədə nümunəvi yaşayış və reabilitasiya şəraiti yaradılıb. İlk növbədə həmin müəssisələrdə uşaqların ətraf mühitə uyğunlaşmalarına mane olan funksional çatışmazlıqların, davranış problemlərinin aradan qaldırılması üçün sistemli reabilitasiya işlərinə xüsusi önəm verilir. Bu kimi işlər, həmçinin de-institusionalizasiya tədbirləri cari ildə də hər iki müəssisədən 21 nəfər uşağın doğma ailə mühitinə qayıtmalarına imkan verib.

S.Babayev nazirliyin sifarişləri əsasında icra olunan və 4 mindən çox uşağı əhatə edən sosial xidmət layihələri, həmin layihələr çərçivəsində sağlamlıq imkanları məhdud uşaqlara göstərilən sosial xidmətlər, yaradılan günərzi qayğı və icma əsaslı reabilitasiya mərkəzləri barədə məlumat verib. O, DOST (Dayanıqlı və Operativ Sosial Təminat) mərkəzlərinin yaradılması yönündə aparılan işləri də qeyd edib, bu mərkəzlərdə nazirlik üzrə 124 xidmətlə yanaşı, günərzi sosial xidmətlərin göstərilməsinin, sosial xidmətlər üzrə təlimlərin təşkilinin də nəzərdə tutulduğunu diqqətə çatdırıb.

Nazir qeyd edib ki, ölkəmizdə sağlamlıq imkanları məhdud uşaqlar üçün reabilitasiya yönümlü sosial xidmətlərin təşkili və bu sahədə imkanların artırılması, institisional və praktik iş mexanizmlərinin təkmilləşdirilməsi, İcma Əsaslı Reabilitasiya və de-institusionalizasiya prosesinin güclənməsi işlərində Azərbaycana Birgə Yardım Təşkilatı (UAFA) ilə əməkdaşlıq müstəvisində icra olunan layihələr mühüm önəm kəsb edir.

Xanım Q.Börçel Azərbaycanda sosial xidmətlər sisteminin inkişafı, uşaqlara yönələn reabilitasiya məqsədli sosial xidmətlərin genişləndirilməsi üçün aparılan işlərdən və bu sahədə nazirliyin UAFA ilə fəal əməkdaşlığa önəm verməsindən məmnunluğunu ifadə edib. O, birgə layihələrin davam etdirilməsində, habelə sosial xidmətlər üçün strategiya planının hazırlanmasında və digər müvafiq istiqamətlərdə əməkdaşlıqda maraqlı olduqlarını vurğulayıb.

Görüş zamanı icma əsaslı reabilitasiya xidmətlərinin təkmilləşdirilməsi, sosial xidmət müəssisələrindəki sağlamlıq imkanları məhdud uşaqların müəssisə qayğısından ailə qayğısına keçidinin dəstəklənməsi, sosial xidmətlər üzrə işçi heyətinin davamlı təlimi və peşəkarlığının artırılması, strateji planlaşdırma, DOST layihəsi üzrə müvafiq xidmətlərin göstərilməsi və s. məsələlərə dair fikir mübadiləsi aparılıb, nazirliyin sosial xidmətlər sahəsində UAFA ilə gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunub.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
13.09.2019
Yeni kartların alınmasında növbələr müşühidə edilmir - “Azəriqaz”
12.09.2019
Nazirlik daha 50 avtomobili Qarabağ müharibəsi əlillərinə təqdim etdi - FOTO
12.09.2019
Azərbaycanda 565 minə yaxın uşaq sosial təminat növləri ilə əhatə olunub
11.09.2019
Sumqayıt, Şamaxı və Ağstafada qaz təchizatı dayandırılacaq
10.09.2019
Bu gün Sabunçu və Şəmkirdə qazın verilişində qısamüddətli fasilələr olacaq