Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6668

Digər sorğular

Məcburi köçkünlərin növbəti qəbulu keçirilib

23:26  |    23 Oktyabr 2018  |   E-mail  |  Çapa göndər


Oktyabrın 23-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində məcburi köçkünlərin növbəti qəbulu keçirilib.

Qəbulda Dövlət Komitəsinin sədri Rövşən Rzayev, sədr müavinləri, aparat rəhbəri, şöbə və departament rəhbərləri iştirak ediblər. Əvvəlcədən qəbula yazılmış vətəndaşlar fərdi qaydada qəbul edilib, müraciətləri dinlənilib.

Müraciətlər, əsasən, mənzil, statusun verilməsi, vahid aylıq müavinətin təyin edilməsi, məşğulluq və digər məsələlərlə bağlı olub.

Məlumat verilib ki, ölkə əhalisinin həssas təbəqəsi olan, öz doğma yurd-yuvalarından ayrı düşmüş məcburi köçkünlərə diqqət və qayğı dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Prezident İlham Əliyev tərəfindən məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi, mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Birinci vitse-prezident xanım Mehriban Əliyevanın Bakı, Sumqayıt şəhərlərində yararsız və qəzalı binalarda yaşayan köçkün ailələrinin tezliklə yeni mənzillərə köçürülməsi ilə bağlı verdiyi tapşırıqlarının icrası davam etdirilir.

Müraciətlərdə qaldırılan məsələlərin həlli ilə bağlı Dövlət Komitəsinin müvafiq strukturlarına konkret tapşırıqlar verilib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
28.01.2020
Ucarın kəndində qaz təminatında fasilə yaranıb
27.01.2020
Əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyasına dəstək məqsədli maarifləndirici təlimlərə başlanıb
25.01.2020
Nazirlik: 40 mindən çox şəxsə elektron qaydada pensiya, müavinət və təqaüd təyin edilib
24.01.2020
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi üç rayonun sakinləri ilə görüşüb
24.01.2020
“Azəriqaz”ın rəhbərliyi üç rayonda qəbul keçirdi