Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6668

Digər sorğular

Etimad Əsədovun fotoları müqəddəs Kərbəlada - FOTO

18:00  |    21 Oktyabr 2018  |   E-mail  |  Çapa göndər

QAZİLER.AZ saytı xəbər verir ki, “Qarabağ qazilər” birliyinin sədri, 1-ci qrup Qarabağ qazisi Ehtimad Əsədovun fotoları İraqın Kərbəla şəhərində avtobusların öz şüşələrinə vurulub.

Bunu İraqa İmam Hüseynin Kərbəla şəhərindəki məzarına ziyarətə gedən Qarabağ qaziləri olan zəvvarlar edib.

Bununla onlar Baş Qazi Etimad Əsədova olan ehtiramlarını nümayiş etdiriblər.

Bir çox avtobuslarda E.Əsədovun fotoları Azərbaycanın Milli Qəhrəmanı, şəhid Mübariz İbrahimovun fotoları ilə yanaşı vurulub.


Xatırladaq ki, Etimad Əsədov oktyabrın 16-da səhər saatlarında vəfat edib.

Əsədov Ehtimad Savalan oğlu 1963 - cü ilin 20 dekabrında Ağdam rayonunun Paprəvənd kəndində anadan olub. 1970-1980-cı illərdə həmin kənd orta məktəbini bitirib.

1982-84 – cü illərdə sovet ordusu sıralarında həqiqi hərbi xidmətdə olub.

SSRİ dövründə Rusiyada yaşayıb və müxtəlif işlərdə çalışıb.

1991 - ci ildə Erməni işğalına qarşı döyüşmək üçün Azərbaycana qayıdıb. Azərbaycanın Milli Qəhrəmanı, şəhid polkovnik-leytenant Şirin Mirəzyevin yaratdığı 836 saylı Ağdam Ərazi Özünü Müdafiə batalyonunda erməni işğalçılarına qarşı döyüşüb. 1992-ci ildə Ağdərə istiqamətində gedən döyüşdə ağır yaralanıb. Bir ayağını itirib.

1993-cü ildən Qarabağ Əlillər Cəmiyyətinin, 2002-ci ildən isə “Qarabağ qaziləri” ictimai birliyinin sədridir.

Ali təhsillidir.

Ailəli idi. İki övladı yadigar qalıb – bir oğlu, bir qızı!



Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
28.01.2020
Ucarın kəndində qaz təminatında fasilə yaranıb
27.01.2020
Əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyasına dəstək məqsədli maarifləndirici təlimlərə başlanıb
25.01.2020
Nazirlik: 40 mindən çox şəxsə elektron qaydada pensiya, müavinət və təqaüd təyin edilib
24.01.2020
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi üç rayonun sakinləri ilə görüşüb
24.01.2020
“Azəriqaz”ın rəhbərliyi üç rayonda qəbul keçirdi