Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6444

Digər sorğular

Messi zədələndi - "El-Klassiko" öncəsi

20:36  |    21 Oktyabr 2018  |   E-mail  |  Çapa göndər


"Barselona" İspaniya La Liqasının 9-cu turunun "Sevilya" ilə oyununun ilk hissəsində ciddi itki ilə üzləşib.

Qol.az xəbər verir ki, Kataloniya klubunun hücumçusu Lionel Messi 26-cı dəqiqədə qonaq komandanın yarımmüdafiəçisi Franko Vaskeslə toqquşmadan sonra zədələnib. Yerə düşən zaman sağ dirsəyindən xəsarət alan argentinalı futbolçu oyunu davam etdirə bilməyib və Usman Dembele ilə əvəzlənib.

Qeyd edək ki, Messi komandası 2:0 hesabı ilə öndə olarkən zədələnib. Maraqlıdır ki, buna qədər "Barselona"nın hər iki qolunda onun əməyi olub. 2-ci dəqiqədə Filippe Koutinyoya məhsuldar ötürmə edən forvard 10 dəqiqə sonra özü fərqlənib.

Xatırladaq ki, "Barselona" növbəti oyununu oktyabrın 24-də Çempionlar Liqasında "İnter"ə qarşı keçirəcək. Kataloniyalılar 4 gün sonra isə "El-Klassiko"da "Real"la üz-üzə gələcəklər. Messinin həmin oyunlarda oynayıb-oynamayacağı tibbi müayinədən sonra bilinəcək.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
21.08.2019
AFFA Qurban Qurbanova görə "Qarabağ"ı cərimələyib
14.08.2019
"Kişi olmaq və məğlubiyyəti qəbul etmək lazımdır" - Riçard Almeyda
21.07.2019
Əfsanəvi ciu-citsu ustası "Judo Club 2012"də seminar keçdi
20.07.2019
Prezidentdən idmançılarımıza pul mükafatı – SƏRƏNCAM
19.07.2019
Dünya şöhrətli UFC və MMA döyüşçüsü “Judo Club 2012”də seminar keçəcək