Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6472

Digər sorğular

Azərbaycan millisinin heyəti açıqlandı

21:47  |    22 May 2015  |   E-mail  |  Çapa göndər

Azərbaycan milli komandasının heyəti açıqlanıb. Lent.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, yığmamızın baş məşqçisi Robert Prosineçki iyunun 7-də Avstriyada Serbiya yığması ilə yoldaşlıq oyunu və AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində iyunun 12-də Osloda Norveçə qarşı baş tutacaq qarşılaşma üçün heyəti müəyyən edib.

Xorvatiyalı mütəxəssis 2 matça 25 oyunçu çağırıb.

Prosineçki ilk dəfə “Neftçi”nin üzvlərinə də dəvət göndərib. Bu dəfə onun siyahısında Aqil Məmmədovla Araz Abdullayev də yer alıb.

Mütəxəssis milliləşən ukraynalı Pavel Paşayevi də qarşıdakı oyunlara dəvət edib. Millidə rəsmi matça çıxmayan Elnur Cəfərov və Elvin Camalov da 25 futbolçudan ibarət siyahıya daxil edilib.

Qapıçılar: Kamran Ağayev (“Kayserispor”, Türkiyə), Aqil Məmmədov (“Neftçi”), Emil Balayev (“Ayntraxt”, Frankfurt, Almaniya)

Müdafiəçilər: Maksim Medvedev, Bədavi Hüseynov, Rəşad Sadıqov (hamısı “Qarabağ”), Məhəmməd Mirzəbəyov, Arif Daşdəmirov (hər ikisi “İnter”), Ruslan Abışov (“Qəbələ”), Pavel Paşayev (“Metallurq”, Zaporojye, Ukrayna),

Yarımmüdafiəçilər: Qara Qarayev, Cavid Tağıyev (hər ikisi “Qarabağ”), Elvin Camalov, Cavid Hüseynov (hər ikisi “Qəbələ”), Coşqun Diniyev, Elvin Məmmədov, Əfran İsmayılov (hamısı “İnter”), Dmitri Nazarov (“Karlsrue”, Almaniya), Tuğrul Erat (“Fortuna Dusseldorf, Almaniya), Ruslan Qurbanov (“Hayduk”, Split, Xorvatiya), Araz Abdullayev (“Neftçi”), Rahid Əmirquliyev (“Xəzər Lənkəran”)

Hücumçular: Elnur Cəfərov (“Xəzər Lənkəran”), Vüqar Nadirov (“Qarabağ”), Məhəmməd Qurbanov (“Sumqayıt”)
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
15.09.2019
Azərbaycan güləşçisi Rafiq Hüseynov dünya çempionatında gümüş medal qazanıb
12.09.2019
Ukraynalı futbolçu Rusiyada qazandığı pulu öz ölkəsinin ordusuna göndərib - VİDEO
11.09.2019
Həbibin məğlub etdiyi idmançı: Makqreqorla döyüşmək istəyirəm
08.09.2019
Həbib Nurməhəmmədov: "Bizdə qadınlar papaq qoymur, əsl kişilər papaq daşıyır"
07.09.2019
Həbib, yoxsa Porye? - Dünya bu döyüşü gözləyir