Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6669

Digər sorğular

"Bu il şəhid ailələrinin 50 faizinə ödəniş ediləcək" - Nazir

01:27  |    19 Oktyabr 2018  |   E-mail  |  Çapa göndər


"Şəhid ailələrinə veriləcək 11 000 manat birdəfəlik ödəmə ilə bağlı heç bir problem yoxdur".

"Report"un Qarabağ bürosu xəbər verir ki, bunu Cocuq Mərcanlıda jurnalistlərə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Onun sözlərinə görə, hazırda bu istiqamətdə notarial qaydada sənədləşmə prosesi aparılır: "Vətəndaşların 85 faizi öz hüquqlarını təsdiq ediblər. Bu proses başa çatdıqdan sonra vəsaitlər birbaşa vətəndaşların bank və kart hesablarına köçürüləcək. Artıq Naxçıvanda bu prosesə başlanılıb. İlk sənədlər daxil olub. İlin sonuna kimi şəhid ailələrinin 50 faizinə yaxınına ödəniş ediləcək. Novbəti ilin ilk aylarına qədər bu proses tam başa çatacaq".

Nazir bildirib ki, əsas sığorta ödənişləri ilə bağlı şikayətlər var: "Bununla bağlı Dövlət Sığorta Şirkətinə məlumat göndərilib və bu barədə vətəndaşlara həm şifahi, həm də yazılı məlumat verilib. Daxil olan bütün şikayətlərin ətraflı araşdırılması üçün aidiyyəti qurumlara tapşırıqlar verilib".

Xatırladaq ki, dövlət başçısının "Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında" Fərmanı ilə qeyd edilən kateqoriyaya aid olan hər bir şəhid ailəsinin vərəsələrinə 11 min manat məbləğində birdəfəlik ödəmə həyata keçiriləcək.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
28.01.2020
Ucarın kəndində qaz təminatında fasilə yaranıb
27.01.2020
Əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyasına dəstək məqsədli maarifləndirici təlimlərə başlanıb
25.01.2020
Nazirlik: 40 mindən çox şəxsə elektron qaydada pensiya, müavinət və təqaüd təyin edilib
24.01.2020
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi üç rayonun sakinləri ilə görüşüb
24.01.2020
“Azəriqaz”ın rəhbərliyi üç rayonda qəbul keçirdi