Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6472

Digər sorğular

BP ilə əməkdaşlığın genişləndirilməsi məsələləri nəzərdən keçirilib - NAZİRLİK

20:53  |    17 Oktyabr 2018  |   E-mail  |  Çapa göndər


Əlilliyi olan şəxslərin məşğulluğunun dəstəklənməsində
BP ilə əməkdaşlığın genişləndirilməsi məsələləri nəzərdən keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qari Counzla görüş olub.

Nazirlikdən Qaziler.az-a bildirilib ki, görüşdə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev əhalinin məşğulluq imkanlarının artırılmasının, sosial cəhətdən həssas qrupların, o cümlədən əlilliyi olan şəxslərin əmək bazarına çıxışının dəstəklənməsinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu sosial siyasətinin əsas prioritetlərindən olduğunu vurğulayıb. Nazir bu istiqamətdə aparılan işlər barədə məlumat verib. S.Babayev Azərbaycan iqtisadiyyatında önəmli rolu ilə seçilən BP şirkəti ilə nazirlik arasında əməkdaşlıq təcrübəsini qeyd edib. O, yerli işçi qüvvəsindən istifadənin genişləndirilməsinin, vakant iş yerləri barədə qanunvericiliyə uyğun qaydada məşğulluq orqanlarına məlumatların təqdim olunmasının, işçi qüvvəsinə tələblə bağlı çevik məlumat mübadiləsi aparılmasının, həmçinin əlilliyi olan şəxslərin məşğulluğuna şərait yaradılmasının bu əməkdaşlıqda mühüm istiqamətlər olduğunu deyib.
S.Babayev ƏƏSMN və BP – “British Council”in birgə layihəsi olan “Əlilliyi olan şəxslərin məşğulluq qabiliyyətlərinin artırılması proqramı” çərçivəsində görülən işlərin əhəmiyyətini qeyd edib. Nazir bildirib ki, proqram çərçivəsində 90 nəfərədək əlilliyi olan şəxsin ingilis dili, kompüter bacarıqları və sosial bacarıqların inkişaf etdirilməsi istiqamətində təlimlərə cəlb olunmaları həmin əlilliyi olan insanların gələcək məşğulluğunun təminatında mühüm dəstəkdir. Digər tərəfdən, müvafiq sahələrdə fəaliyyət göstərən qərarverici tərəflər və biznes müəssisələri də tərəfdaş qismində layihəyə cəlb ediliblər. Proqram iştirakçılarına psixoloji dəstəyin göstərilməsi və məşğulluq üzrə müvafiq məsləhətlərin verilməsi də nəzərdə tutulub. Nazir gələcəkdə belə dəyərli layihələri əhatə edən əməkdaşlığın daha geniş müstəvidə qurulmasının məqsədəuyğun olacağını vurğulayıb.

Q.Counz BP şirkətinin öz layihələrinin icrası zamanı məşğulluq amilinə xüsusi önəm verdiyini deyib. O, sosial cəhətdən həssas qrupların, əlilliyi olan şəxslərin məşğulluğunun dəstəklənməsi üçün onların bacarıqlarının artırılmasına xidmət edən layihə üzrə aparılan işlərdən bəhs edib, bu yöndə layihələrin davam etdirilməsinin və daha da genişləndirilməsinin diqqətdə saxlanacağını bildirib.

Görüşdə əmək, məşğulluq və sosial müdafiə sahəsində ölkəmizdə aparılan islahatlar, icra olunan aktiv əmək bazarı proqramları barədə də Q.Counza ətraflı məlumat verilib. “Əlilliyi olan şəxslərin məşğulluq qabiliyyətlərinin artırılması proqramı” çərçivəsində görülən işlər, birgə fəaliyyətin gələcək istiqamətləri, əlilliyi olan şəxslərin məşğulluğunun dəstəklənməsi sahəsində əməkdaşlığın genişləndirilməsi məsələləri nəzərdən keçirilib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
13.09.2019
Yeni kartların alınmasında növbələr müşühidə edilmir - “Azəriqaz”
12.09.2019
Nazirlik daha 50 avtomobili Qarabağ müharibəsi əlillərinə təqdim etdi - FOTO
12.09.2019
Azərbaycanda 565 minə yaxın uşaq sosial təminat növləri ilə əhatə olunub
11.09.2019
Sumqayıt, Şamaxı və Ağstafada qaz təchizatı dayandırılacaq
10.09.2019
Bu gün Sabunçu və Şəmkirdə qazın verilişində qısamüddətli fasilələr olacaq