Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6472

Digər sorğular

Məcburi köçkünlərin növbəti qəbulu keçirilib

03:37  |    17 Oktyabr 2018  |   E-mail  |  Çapa göndər


Oktyabrın 16-da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində məcburi köçkünlərin növbəti qəbulu keçirilib.

Qaziler.az bildirir ki, qəbulda Dövlət Komitəsinin sədri Rövşən Rzayev, sədr müavinləri, şöbə və departament rəhbərləri iştirak edib.

Məcburi köçkünlər fərdi qaydada qəbul edilib və onların müraciətləri dinlənilib. Onlar, əsasən, mənzil, status, vahid aylıq müavinətin təyin edilməsi, məşğulluq, kommunal xidmətlər və digər məsələlərlə bağlı müraciət edib.

Məlumat verilib ki, məcburi köçkünlərlə bağlı məsələ Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən sosial siyasətin prioritet istiqamətlərindən biridir. Məcburi köçkünlərin məşğulluğunun təmin edilməsi və mənzil şəraitinin yaxşılaşdırılması üçün layihələr uğurla icra edilir. Birinci vitse-prezident xanım Mehriban Əliyeva ən ağır və ən qəzalı şəraitdə yaşayan məcburi köçkünlərlə bağlı aparılan işin sürətləndirilməsi üçün tapşırıq verib. Həyata keçirilən tədbirlər məcburi köçkünlərin dövlət tərəfindən diqqət və qayğı ilə əhatə olunduğunu göstərir.
Qəbulda iştirak edən məcburi köçkünlərin müraciətləri müvafiq qaydada qeydə alınıb. Müraciətlərin hər biri ayrı-ayrılıqda araşdırılacaq və qanuna uyğun tədbirlər görüləcəkdir.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
13.09.2019
Yeni kartların alınmasında növbələr müşühidə edilmir - “Azəriqaz”
12.09.2019
Nazirlik daha 50 avtomobili Qarabağ müharibəsi əlillərinə təqdim etdi - FOTO
12.09.2019
Azərbaycanda 565 minə yaxın uşaq sosial təminat növləri ilə əhatə olunub
11.09.2019
Sumqayıt, Şamaxı və Ağstafada qaz təchizatı dayandırılacaq
10.09.2019
Bu gün Sabunçu və Şəmkirdə qazın verilişində qısamüddətli fasilələr olacaq