Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6472

Digər sorğular

Məşğulluq orqanları əməkdaşları üçün peşəyönümü işinə dair təlimlərə başlanılıb

19:26  |    16 Oktyabr 2018  |   E-mail  |  Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin rayon (şəhər) Məşğulluq Mərkəzlərinin peşəyönümü sahəsi üzrə mütəxəssisləri üçün təlimlərə başlanılıb.

Nazirlikdən Qaziler.az-a verilən məlumata görə, Göyçay Regional Peşə Tədris Mərkəzində təşkil olunan ilk təlimdə 15 rayon və şəhər (Yevlax, Hacıqabul, Zərdab, İsmayıllı, Beyləqan, Xocavənd, İmişli, Ağcabədi, Füzuli, Cəbrayıl, Ağdaş, Ağsu, Ağdam, Kürdəmir, Mingəçevir) Məşğulluq Mərkəzlərinin mütəxəssisləri iştirak edir. Təlim 6 gün davam edəcək. Digər rayon və şəhər Məşğulluq Mərkəzlərinin əməkdaşları üçün də təlimlərin təşkili nəzərdə tutulur.

Dövlət Məşğulluq Xidməti orqanları tərəfindən mütəmadi olaraq gənclərin, o cümlədən orta ümumtəhsil məktəblərində yuxarı sinif şagirdlərinin, dövlət uşaq müəssisələrində yaşayan yeniyetmələrin iştirakı ilə peşəyönümü tədbirləri keçirilir. Bu tədbirlər zamanı iştirakçılara əmək bazarında tələb olunan peşə və ixtisaslar haqqında ətraflı məlumatlar və onların düzgün peşə və ixtisas seçiminə köməklik göstərmək məqsədi ilə peşəyönümü məsləhətləri verilir.

Ekspertlərin və psixoloqların iştirakı ilə başlanan təlimlərdə məqsəd mütəxəssislərin peşəyönümü sahəsində bilik və bacarıqlarının, mövcud potensialının artırılması, beynəlxalq təcrübəyə uyğun olaraq yeni mütərəqqi üsullardan istifadə etməklə onların peşəkarlıqlarının yüksəldilməsidir.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
13.09.2019
Yeni kartların alınmasında növbələr müşühidə edilmir - “Azəriqaz”
12.09.2019
Nazirlik daha 50 avtomobili Qarabağ müharibəsi əlillərinə təqdim etdi - FOTO
12.09.2019
Azərbaycanda 565 minə yaxın uşaq sosial təminat növləri ilə əhatə olunub
11.09.2019
Sumqayıt, Şamaxı və Ağstafada qaz təchizatı dayandırılacaq
10.09.2019
Bu gün Sabunçu və Şəmkirdə qazın verilişində qısamüddətli fasilələr olacaq