Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6354

Digər sorğular

Şəhid və Qarabağ qazilərinin ailə üzvləri üçün ödənişsiz “Veb Dizayn” kursu başlayır - ANONS

19:28  |    12 Oktyabr 2018  |   E-mail  |  Çapa göndər


“Veysəloğlu” şirkətlər qrupu özünün Korporativ Sosial Məsuliyyət (KSM) istiqamətində “İstedadlı gənc” proqramı çərçivəsində yeni layihəyə start verir.

Belə ki, şirkət sosial layihə olaraq, “Veb Dizayn" (saytın layihələnməsi, yaradılması və idarəedilməsi) kimi xeyriyyə xarakterli 3 aylıq kurslar təşkil etməyə hazırlaşır. Kursa Qarabağ qaziləri, şəhid ailələrinin övladları və ailə üzvləri (17-25 yaş arası) cəlb ediləcək.

Qeyd edək ki, 48 saatlıq proqram əsasında təşkil olunacaq kursu bitirən gənclərə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sertifikatı təqdim ediləcək. Dərslər Odlar Yurdu Universitetinin “Texnoparkında” “Peşəyönümlü təhsilin inkişafına yardım” ictimai birliyinin müəllimləri tərəfindən tədris olunacaq.


“Veysəloğlu” şirkətlər qrupunun "Veb Dizayn" kursları təşkil etməkdə məqsədi bu sahəyə marağı olan gənclərin bilik və bacarıqlarını artırmaq, peşəkar səviyyəyə çatdırmaq, habelə, kursu bitirərək iş tapmalarına yardımçı olmaqdır.

Xatırladaq ki, "Veb Dizayn" kursunun dərsləri 1 noyabr 2018-ci ildə başlayacaq. Bu kursda İKT sahəsində ibtidai bilikləri olan 10 gənc iştirak edə biləcək. Layihədə iştirak etmək istəyən şəhid və Qarabağ qazilərinin övladları özləri haqqında məlumatı 20.10.2018-ci il tarixinə qədər [email protected] email ünvanına göndərə bilərlər.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
18.06.2019
Fuad Abbasov həbsxanadan vəkil Elman Paşayevə cavab verdi: "Vəkilim deyil"
18.06.2019
"Azercell" abunəçilərinə gələn xarici zənglərin səbəbi nədir?
18.06.2019
Bu dövlət qurumlarında aylıq vəzifə maaşları artırıldı - SƏRƏNCAM (YENİLƏNİB)
18.06.2019
Dövlət ümumi təhsil müəssisələri və peşə təhsili müəssisələrində əməkhaqları artırıldı
18.06.2019
MSK sədri və üzvlərinin vəzifə maaşları artırılıb - SİYAHI