Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6354

Digər sorğular

Qənirə Paşayeva AŞPA-da Türkiyəni müdafiə etdi

22:26  |    08 Oktyabr 2018  |   E-mail  |  Çapa göndər


“Ötən il iyunun 24-də Türkiyədə keçirilən prezident və parlament seçkiləri azad, demokratik və beynəlxalq normalara uyğun təşkil olunub".

Qaziler.az saytının məlumatına görə, bunu Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü, deputat Qənirə Paşayeva qurumun payız sessiyasının ilk günü “Tərəqqi hesabat” və “Türkiyədə keçirilən seçkilər” mövzusunda keçirilən müzakirələrdə çıxışı zamanı bildirib.

Azərbaycanlı deputat AŞPA-nın Azad Demokratlar Qrupu adından çıxış edərək bildirib ki, Türkiyə seçkilərin müşahidəsi ilə bağlı beynəlxalq missiyalarla uzun illərə söykənən əməkdaşlığa malikdir: "Bu baxımdan, AŞPA və ATƏT-in müşahidəçiləri ilə yanaşı, müxtəlif beynəlxalq təşkilatlardan və parlamentlərdən xeyli sayda müşahidəçi seçkiləri müşahidə etmək üçün dəvət olunmuşdu. Türkiyə də onların seçkiləri müşahidə etmək imkanlarını bütün ölkəboyu genişləndirmişdi. Mən hesabatda da Türkiyədəki seçkilərə münasibətdə ümumi müsbət qiymətləndirməni görürəm.

Bundan başqa, mən bu hesabatla bağlı dəqiqləşdirilməsi zəruri olan bir sıra məsələlərə diqqətinizi cəlb etmək istərdim. Hesabatda qeyd edilir ki, seçki məntəqələrinin köçürülməsi və birləşdirilməsi xüsusi ərazilərdə seçicilərin iştirakını azaltmaq məqsədi daşıyırdı. Ancaq hesabat müəllifləri nəzərə almayıblar ki, müəyyən ərazilərdə məhdud sayda seçki məntəqələrinin köçürülməsi/birləşdirilməsinin həyata keçirilməsi seçicilərin azad seçim etmək hüququna mane olan PKK/KCK kimi terror təşkilatlarının səylərinə qarşı yönəlmişdi. Ağrı/Doğubeyazıtda seçkilərdən sonra bir seçki qutusunun məhv edilməsi PKK/KCK terror təşkilatlarının seçiciləri sıxışdırmaq cəhdlərinin konkret nümunəsidir".

Q.Paşayeva həmçinin hesabatda medianın informasiya almaq hüququnun məhdudlaşdırılması ilə bağlı ifadələrin yer almasının da narahatlıq doğurduğunu söyləyib: "Türkiyədə 1700-dən çox kütləvi informasiya vasitəsi var. Bu ölkədə ifadə azadlığı və informasiya almaq hüququ Konstitusiya ilə təmin olunub. Bundan başqa, Ali Məhkəmə Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsinin tələblərinə uyğun olaraq, müxtəlif və plüralist medianı təmin etmək məqsədilə müstəqil tənzimləyici orqan kimi nəzarət funksiyasını həyata keçirir. Fövqəladə vəziyyətə gəlincə, bu, terrorla mübarizə də Türkiyənin qanuni tələbidir. Bu, plüralist və həqiqi demokratik seçkilərin aparılmasına mane olmur. Seçkilər bir çox ölkələrdə fövqəladə vəziyyət şəraitində keçirilib.

Elə 2017-ci ildə Fransada keçirilən seçkilər, faktiki olaraq, bunun bariz nümunəsidir. Azad Demokratlar Qrupu inanır ki, Türkiyədə seçkilər azad, demokratik və bütün aspektləri ilə yüksək səviyyədə, beynəlxalq normalara uyğun keçirilib. Eyni zamanda biz Türkiyənin Avropa Şurası dəyərlərinə sahib olmaqda davam edəcəyinə inanır və ölkənin bu istiqamətdə addımlarını dəstəkləyirik”.

Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
18.06.2019
IDEA və Ümumdünya Turizm Təşkilatı arasında anlaşma memorandumu imzalanıb
18.06.2019
Fuad Abbasov həbsdə olmasının səbəblərini öz səsi ilə açıqladı - sensasion telefon bəyanatı - AUDİO
16.06.2019
Azərbaycan, Rusiya və İran prezidentləri avqustda Soçidə görüşəcək
14.06.2019
“Sarsılmaz qardaşlıq-2019” təlimində iştirak etmiş hərbçilər Azərbaycandan Türkiyəyə qayıdıblar - VİDEO
13.06.2019
Türkiyə və Azərbaycanın arasını kimlər və niyə vurmaq istəyir?