Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6395

Digər sorğular

Milli Dram Teatrında “Ah, bu uzun sevda yolu“ tamaşasının premyerası keçirilib

18:40  |    08 Oktyabr 2018  |   E-mail  |  Çapa göndər


Akademik Milli Dram Teatrında Mikayıl Müşfiqin 110 illiyinə həsr edilmiş tədbir keçirilib.

Qaziler.az bildirir ki, teatrın mətbuat xidmətindən verilən məlumata görə, Mədəniyyət Nazirliyi və Milli Dram Teatrının birgə təşkilatçılığı ilə təşkil edilən tədbir Prezident İlham Əliyevin Mikayıl Müşfiqin 110 illiyinin qeyd edilməsi haqqında Sərəncamına əsasən reallaşıb.

Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, repressiya qurbanı Mikayıl Müşfiqin həyat və yaradıcılığından danışıb.

Bildirib ki, Mikayıl Müşfiqin şəxsiyyəti milli şüur və vətənpərvərliyin timsalı, yaradıcılığı isə gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və gənclərimizdə vətənpərvərlik hislərinin tərbiyəsində əvəzsiz xəzinədir.

Nakam şair Azərbaycan xalqı üçün əsl sənət xəzinəsini yadigar qoyub, eyni zamanda, böyük bir xəzinənin açarını da özü ilə əbədiyyətə aparıb. Mikayıl Müşfiq poeziyası şifahi xalq və yazılı klassik ədəbiyyatımızdan bəhrələnib.

Sonra unudulmaz şairin xatirəsinə həsr edilmiş “Ah, bu uzun sevda yolu” tamaşasının premyerası olub. Dramaturq Əli Əmirlinin eyniadlı əsəri əsasında hazırlanan səhnə əsəri iki hissəli tale dramıdır.

Tamaşanın bədii rəhbəri və quruluşçu rejissoru Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, Xalq artisti Azər Paşa Nemətov, rejissoru Anar Sadıqov, rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, bəstəkarı Xalq artisti Siyavuş Kərimidir.

Səhnə əsəri Mədəniyyət Nazirliyinin sifarişi ilə hazırlanıb.

Rolları əməkdar artistlər Anar Heybətov (Müşfiq), Münəvvər Əliyeva (Dilbər), Ayşad Məmmədov (Frençli kişi), xalq artisti Hacı İsmayılov (Müdrik şair), aktyor Elnar Qarayev (Dost şair), əməkdar artistlər Elşən Rüstəmov (Novator şair), Mehriban Xanlarova (Qadın şair), aktyorlar İlyas Əhmədov (Düşmən şair), Vüsal Mustafayev (Qorxaq şair),
Xədicə Novruzlu (Gülər), Rada Nəsibova (Qadın) və əməkdar artist Elşən Cəbrayılov (aparıcı) ifa edir.

Tamaşanı Xanım Həsənova idarə edib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
15.07.2019
Məhkəmə Rüfət Axundov və Rəşad İlyasovla bağlı qərarını verib
08.07.2019
Prezident daha bir Xalq artistinə ev verdi
05.07.2019
Prezident Xalq artistinə mənzil hədiyyə edib
03.07.2019
3 nömrəli Uşaq İncəsənət Məktəbinə Gülarə Əliyevanın adı verilib
03.07.2019
Əməkdar artist ürəyindən əməliyyat olunub