Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6518

Digər sorğular

Rusiya hərbi kəşfiyyatı bu qədər səhvlə Qərbi necə qorxuda bilir...

22:49  |    08 Oktyabr 2018  |   E-mail  |  Çapa göndər


Cavab sadədir - çünki arxasında Putinin özü dayanıb

Keçən həftənin 4-cü günü Hollandiya xüsusi xidmət orqanları 4 rus kəşfiyyatçısının Haaqada yerləşən Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatının baş qərargahl yaxınlığında kiberhücum həyata keçrimək istədikləri barədə məlumat yaymışdı.

Bu hadisə Qərblə Rusiyanın onsuz da sadə olmayan münasibətlərini daha da gərginləşdirib.

Kəşfiyyatçıların olduqları yerdən tapılan avadanlıqlar, mobil telefonlar, yüksək sürətlə işləyən noutbuk, 20 min avro, həmçinin Moskvada Komsomolski prospektində QRU-nun (Rusiya Hərbi kəşdfiyyatı -hazırda bu orqan Rusiya Müdafiə Nazirliyi Baş Qərargahı Baş İdarəsi adlanır-red.) mənzil qəragahlarından birinin ünvanının tapılması onların Rusiyaya işləməsi barədə heç bir şübhə yeri qoymayıb.

Qərb mətbuatı isə rus kəşfiyyatçılarının bu cür açıq şəkildə əməliyyat həyata keçirərək, üstəlik, yaxalanması səbəbləri üzərində baş sındırır.

Onların fikrincə, bu ya rusların növbəti oyunu, ya da həqiqətən QRU-nun dəhşətli səhvidir.

“Əgər siz bir anlığa QRU-nun olmadığını unutsaq o zaman DTK-nın ləğvindən bu yana Rusiyanın 3 hərflə gələn heç bir qurumunun o qədər də qorxulu olmadığını görərsiniz.

Musavat.com xəbər verir ki, bu cümlə “İndependet” qəzetinin yazarı Oliver Kerrolun məqaləsində yer alıb.

Oliver Kerrol hazırda məhz QRU-nun Qərbin kabusuna çevrildiyini yazır: “Onunla müqayisədə FTX (Federal Təhlükəsizlik Xidməti-əks kəşfiyyat) və XKX (Xarici Kəfiyyat Xidməti) Qərbin gözündə, demək olar ki, “yaxşı oğlanlar”dır. QRU isə nəzarətdən çıxan, kobud səhvlərə yol verən təşkilat kimi təsvir edilməyə başlanıb.

“Bunun üçün əslində müəyyən məntiq də var. Çünki hərbi kəşfiyyatın zabitlərinin Haaqaya öz adları ilə gəlməsi, təşkilatın qərargahının yerləşdiyi ünvanla bağlı dəlil buraxması, kameraların altında səfirliyin əməkdaşı ilə görüşməsi bunu söyləməyə əsas verir. Son hadisə rusların daha 300 agentini ələ verə bilər”, - müəllif qeyd edir.

Kerrol QRU-nun uzun müddət xüsusi xidmət orqanlarının “böyük masası”nda görünmədiyni bildirərək vəziyyətin Gürcüstanla müharibədən sonra dəyişdiyini vurğulayır.

QRU həmin vaxtdan bu yana beynəlxalq münasibətlərdə artıq heç bir qayda qanuna riayət etmək istəməyən liderinin sadiq köpəyinə çevrilib. Bu təşkilat postsovet məkanının strateji üfüqlərini çoxdan aşıb. 2014-cü ilin sonundan etibarən hərbi kəşfiyyat Suriya və Ukraynanın şərqində, həmçinin Qərb ölkələrinə qarşı kiber əməliyyatlarda önəmli rol oynamağa başlayıb”, - yazıda qeyd olunur.

RF müdafiə naziri Sergey Şoyqu və hərbi kəşfiyyaıtn rəisi general-polkovnnik İqor Korobov

Müəllif Kerrol QRU-nun müvəffəqiyyətlərinin Rusiyada xüsusi xidmət orqanları arasında müəyyən düşmənçilik və rəqabətin doğurduğu iddialarınıı dilə gətirib. Versiyalardan birinə görə Sergey Şoyqunun FTX ilə arası yoxdur. Digər ehtimala görə isə XTX hərbi kəşfiyyatın irəlidə olmasını həzm etmir. Məsələn, Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin Skripalların zəhərlənməsinin olduqca qeyri-peşəkar hazırlandığını bəyan etmişdi. Bir sıra ekspertlər Narışkinin bu sözlərini Qərbə deyil, məhz hərbi kəşfiyyata ünvanladığı və onu qınadığını bildiriblər.

“R.Politik” analitik şirkətinin rəhbəri Tatyana Stanovanın sözlərinə görə, Skripallarla bağlı qalmaqaldan sonra Rusiya kəşfiyyat xidmətləri arasında münaqişə gün işığına çıxıb. Ənənəvi xüsusi xidmət orqanlarının zabitləri hərbi kəşfiyyat zabitlərinin özlərini qeyri-peşəkar apardıqları və prezidenti zərbə altında qoyduqları barədə şikayət edirlər. “Lakin Putin qarşısında sistemli sədaqət informasiya sızıntısı və ya düşmənə ötürülməsi kimi daha böyük qalmaqalların qarşısını alır. “Rusiyanın məxfi dünyasının ilk qaydası Putinə şəksiz sədaqətdən ibarətdir”.

“FTX və QRU arasında münaqişə barədə şayiələr cəfəngiyyatddır”, Rusiyanın xüsusi xidmət orqanları üzrə ekspert Andrey Soldatov müəllifə danışıb. “QRU özəl əməliyyatlarını edir və zərərləri ortadan qaldırır. FTX isə sızıntıların araşdırlmasına cəlb olunur. Biri digəri olmadan hərəkət edə bilməz”, - ekspert qeyd eidb.

Lakin Rusiyanın bundan sonra aqressiv kəşfiyyat siyasətini zəiflədəcəyi ilə bağlı Qərbin ümidləri əbəsdir. “Putin üçün bu uşaqlar sadə həyat yaşayan və vətənin müdafiəsi üçün həyatlarını riskə atan qəhrəmanlardır. O heç vaxt hərbi kəşfiyyatçıları ayağa verməz. Əksinə, daha çox dəstək verəcək. Çünki Putin üçün istənilən geriyə addım məğlubiyyətə bərabərdir”, - Stanova sonda bildirib.

Musavat.com
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
18.10.2019
Tramp Türkiyəyə qarşı yeni sanksiyalara ehtiyac qalmadığını deyib
17.10.2019
NATO Türkiyəsiz bacarmaz – Rutte
17.10.2019
PKK sıralarından 600-dən artıq terrorçu qaçıb
17.10.2019
ABŞ və Türkiyə Suriyada razılığa gəldi - ATƏŞKƏS
17.10.2019
General Türkiyəyə qurulan tələni deşifrə etdi