Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6718

Digər sorğular

Putini, Trampı və kraliçanı zəhərləmək istədilər – Görünməmiş hadisə

17:30  |    06 Oktyabr 2018  |   E-mail  |  Çapa göndər


Donald Trampı, Vladimir Putini və Britaniya kraliçasını zəhərləməyə cəhd göstərilib.

Teleqraf.com xəbər verir ki, bu cür ağla sığmaz əməl ABŞ-ın veteran dənizçisi Uilyam Allen tərəfindən törədilib.

Bir neçə gün öncə Pentaqonda poçtdan tapılan zəhərli zərflər barədə araşdırma aparan FTB bu məsələyə görə veteran hərbiçini saxlayıb. Onun evində axtarışlar zamanı xeyli sayda kimyəvi maddə və ritserin aşkar edilib.

Məlum olub ki, 39 yaşlı Uilyam zərfləri Pentaqon rəhbəri Ceyms Mettisə və ABŞ Hərbi Dəniz Qüvvələri komandanı Con Riçardsona da göndərib.

Onun ifadəsi isə təhqiqatçıları şoka salıb. Uilyam qeyd edib ki, bu cür zəhərli zərfləri daha 3 nəfərə - Ağ Ev rəhbəri Donald Trampa, Rusiya prezidenti Vladimir Putinə və Britaniya kraliçası II Yelizavetaya göndərib.

Məktublar 24 sentyabr tarixində yola salınıb və ünvana çatıb-çatmaması barədə məlumat yoxdur. Veteran hərbçi bunu “III Dünya Müharibəsi”nin qarşısını almaq üçün etdiyini vurğulayıb.

Artıq faktla bağlı hər iki ölkənin səlahiyyətli şəxslərinə məlumat verilib
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
28.02.2020
Türk ordusunun rus helikopterini vurduğu ANBAAN VİDEO
28.02.2020
ABŞ-dan İdlibdəki son hadisələrlə bağlı AÇIQLAMA
28.02.2020
NATO təcili toplanır - Türkiyə tələb etdi
28.02.2020
Türkiyə 33 şəhidin intiqamını belə aldı — daş üstə daş qoymadılar (VİDEO)
28.02.2020
Rusiya MN: Türk hərbçilərini Rusiyaya məxsus təyyarələr vurmayıb