Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6514

Digər sorğular

Qafqaz qarışdı: xalq küçələrə çıxdı, atəş açıldı... - Video

22:32  |    04 Oktyabr 2018  |   E-mail  |  Çapa göndər


İnquşetiyada yenidən etiraz aksiyalarına start verilib.

Axar.az xəbər verir ki, etirazçılar parlamentin Çeçenistanla sərhəd mübadiləsi haqqında razılaşmanın təsdiqindən sonra onun qarşısına toplaşıb. Hazırda İnquşetiyanın paytaxtı Maqasda yollar qapadılıb, internetin fəaliyyətində fasilələr müşahidə edilir.

“BBC Rusiya” parlamentin müqaviləni təsdiq etməsindən sonra deputatlardan ibarət nümayəndə heyətinin Rusiya Milli Qvardiyasının əsgərlərinin müşayiəti ilə etirazçıların qarşısına çıxdığını bildirib. Məhz bu zaman atəş səsləri eşidilib və deputatlar dərhal parlament binasına aparılıblar.

Yabloko Partiyasının İnquşetiyadakı nümayəndəliyinin rəhbəri Ruslan Mutsolqov isə atəşin hüquq-mühafizə orqanları tərəfindən açıldığını bəyan edib. O, hazırda mitinqdə 10 minə yaxın adamın iştirak etdiyini bildirib.

Qeyd edək ki, İnquşetiya parlamentində müqavilənin təsdiqlənməsi ilə bağlı iclasda 32 deputatdan 25-i iştirak edib. Bu deputatlardan 17-si müqavilənin lehinə, 3-ü isə əleyhinə səs verib. Çeçenistan parlamenti isə sərhəd mübadiləsi haqqında müqaviləni yekdilliklə təsdiqləyib.

Müqaviləyə əsasən, İnquşetiya və Çeçenistan illərdir mübahisəyə səbəb olan rayonların dəyişdirilməsinə izn veriblər.

Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
15.10.2019
Resulayndakı terrorçuların mövqeləri belə vuruldu - VİDEO
15.10.2019
Gəl, Əsəd, gəl - Türkiyə Minbiçə gələn Əsəd qüvvələrinə Afrindən qaçışlarını xatırlatdı - VİDEO
15.10.2019
Türk ordusu ilə döyüşə gedən erməni terrorçu batalyonu haqda faktlar (VİDEO)
14.10.2019
Minbiç əməliyyatı başladı - Suriya Milli Ordusu açıqladı - VİDEO
14.10.2019
An-72 qəzası: “Putinin aşpazı” öldü – Şok iddia