Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6514

Digər sorğular

Kiprli deputatın Qarabağ səfərinə sərt etiraz - Mövqe

01:55  |    04 Oktyabr 2018  |   E-mail  |  Çapa göndər


Hamımıza məlumdur ki, dünyada müxtəlif maraqları təmsil edən qruplar, deputatlar, bir sözlə müxtəlif maraqlara xidmət edən şəxslər var.

İstər Avropa Parlamenti, istərsə də dünyanın hansısa ölkəsinin milli parlamenti bu baxımdan istisna deyil.

Bunu Teleqraf.com-a açıqlamasında Milli Qeyri-Hökumət Təşkilatları Forumunun sədri Rauf Zeyni deyib.

O, daha sonra deyib:

“Məlumdur ki, erməni lobbisi, yaxud başqa maraqlı qüvvələr bu və ya digər rəsmi şəxsləri, deputatları maraqlandırırlar. Onları Azərbaycan əleyhinə istifadə edirlər. Həmin şəxslər də vaxtaşırı Avropa Parlamentinin, yaxud milli parlamentlərin deputatları kimi Azərbaycan qanunvericiliyinin tələblərinə zidd olaraq işğal altında olan Dağlıq Qarabağa səfərlər edirlər. Beynəlxalq hüquq normalarını, eyni zamanda beynəlxalq hüquq prinsiplərini pozurlar və son nəticədə bu və ya digər qrupların marağından çıxış etmiş olurlar”.

R.Zeyninin sözlərinə görə, bu insanlar özləri beynəlxalq qayda qoyub, yəni, beynəlxalq hüququn norma və prinsiplərini qəbul ediblər:

“Onlar anlamalıdırlar ki, özlərinin qəbul etdikləri norma və prinsiplərə əməl etməlidirlər. Əgər əməl etmirlərsə, digərlərindən bu prinsiplərə əməl etməyi necə tələb edə bilərlər?! Biz beynəlxalq tədbirlərdə Ermənistanı təmsil edən qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüşürük və onlara deyirik ki, siz beynəlxalq hüququn norma və prinsiplərinə əməl etmirsinizsə, hansı demokratiyadan danışa bilərsiniz? Demokratiya həm də beynəlxalq hüquq normalarına əməl etmək deməkdir. Demokratiya hüququn ali səviyyədə təmin olunması mühitidir. Əgər beynəlxalq hüquq təmin olunmursa və siz də onu pozursunuzsa, burda gəlib hansı demokratik dəyərlərdən danışa, onu beynəlxalq təşkilatlardan tələb edə bilərsiniz? Hansı ki, siz özünüz buna əməl etmirsiniz, qonşu dövlətin ərazisini 30 ildir işğal altında saxlayırsınız. Bu necə ola bilər? Bax, Avropa Parlamentinin deputatı Eleni Teoxarus kimiləri də beynəlxalq hüququn norma və prinsiplərini pozurlar, ona əməl etmirlər və biz də buna haqlı olaraq öz etirazımızı bildiririk”.

Qeyd edək ki, Avropa Parlamentinin Kiprdən olan deputatı Eleni Teoxarus Azərbaycanın işğal edilmiş ərazilərinə qanunsuz səfərlər edib və bunun nəticəsində adı ölkəyə girişi “arzuolunmaz şəxslər siyahısına” daxil edilib. Onun barəsində Azərbaycan Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb.

E.Teoxarus 2009-cu ildən etibarən AP-də Avropa Xalq Partiyası siyasi qrupunun üzvü qismində fəaliyyətə başlayıb. 2016-cı ildə Kiprdə özünün Millətçi Həmrəylik Hərəkatı Partiyasını qurub. Radikal millətçi baxışları ilə seçilən bu deputat öz fəaliyyətinin əsas hədəfi kimi məhz anti-Türkiyə istiqamətini müəyyən edib. Hələ 1990-cı illərdən həkimlik fəaliyyəti çərçivəsində Ermənistan və erməni lobbiçilik torunun alətinə çevrilən deputat ölkəmizin işğal olunmuş Dağlıq Qarabağ bölgəsində “humanitar missiya” fəaliyyəti altında cərrahiyyə əməliyyatları həyata keçirib və bu xidmətlərinə görə “Dağlıq Qarabağın şərəf qızıl medalına” layiq görülüb.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
15.10.2019
Resulayndakı terrorçuların mövqeləri belə vuruldu - VİDEO
15.10.2019
Gəl, Əsəd, gəl - Türkiyə Minbiçə gələn Əsəd qüvvələrinə Afrindən qaçışlarını xatırlatdı - VİDEO
15.10.2019
Türk ordusu ilə döyüşə gedən erməni terrorçu batalyonu haqda faktlar (VİDEO)
14.10.2019
Minbiç əməliyyatı başladı - Suriya Milli Ordusu açıqladı - VİDEO
14.10.2019
An-72 qəzası: “Putinin aşpazı” öldü – Şok iddia