Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6880

Digər sorğular

Komitədən əlil arabası ilə bağlı açıqlama

22:06  |    03 Oktyabr 2018  |   E-mail  |  Çapa göndər


Dövlət Gömrük Komitəsi (DGG) gömrük orqanlarının Azərbaycan vətəndaşı, 1-ci qrup əlil Tural Əliyevdən 2016-cı ildə xaricdən sifariş etdiyi əlil arabasına görə 3 il sonra gömrük rüsumü tələb etməsi barədə mətbuatda yayılmış məlumatlara münasibət bildirib.

Kominə xaricdən gətirilən əlil arabalarına görə ödəniləcək gömrük vergi və rüsumları ilə bağlı mövcud qanunvericilikdə hər hansı güzəştin nəzərdə tutulmadığını bəyan edib.

"T.Əliyevin 2016-cı ildə gətirdiyi əlil arabası isə istisnai hal kimi gömrük rüsumu alınmadan rəsmiləşdirilib", - deyə qurumun açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, son dövrlərdə gömrük sahəsində maliyyə-vergi intizamının daha da gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində gömrük vergi və rüsumlarını ödəməyən şəxs və qurumlara yenidən müraciətlər olunur. Belə müraciətlərdən biri də Tural Əliyevə edilib.

"Bu istiqamətdə hər hansı qanun pozuntusuna yol verilməyib. Belə ki, Gömrük Məcəlləsinin 249.1. maddəsinə əsasən ödənilməmiş gömrük borcları gömrük ödənişlərini ödəmək öhdəliyinin yarandığı tarixdən 3 il ərzində gömrük orqanları tərəfindən bu maddədə müəyyən edilmiş qaydada məcburi tutulur.

Konkret T.Əliyevin gətirdiyi əlil arabası ilə bağlı fakt üzrə isə sənədləşmə yenidən nəzərdən keçirilib və məsələ DGK rəhbərliyinin xüsusi tapşırığı ilə artıq birdəfəlik müsbət həllini tapıb", - deyə məlumatda qeyd olunub.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
23.05.2020
Bu axşam Fitr bayramıdır - Zəkat necə çıxarılmalıdır?
22.05.2020
Daha 5 DOST mərkəzinin açılacaq
22.05.2020
"Sənə pensiya düşmür" dedi, amma özü 4 uşaqlı qadının müavinətini 20 il yedi - XAÇMAZDA - VİDEO
22.05.2020
“Bu duanı daha 50 nəfərə göndər ki...” kimi dini mesajlar nəyə xidmət edir?
21.05.2020
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi könüllü qanvermə aksiyasına qoşuldu - FOTO