Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6560

Digər sorğular

Dövlət Komitəsinin sədri Mingəçevirdə məcburi köçkünləri qəbul edib

23:45  |    28 Sentyabr 2018  |   E-mail  |  Çapa göndər


Sentyabrın 28-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Mingəçevir şəhərində məcburi köçkünlər üçün salınan qəsəbədə Mənzil İstismar Sahəsinin binasında vətəndaşları qəbul edib.

Qaziler.az bildirir ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, sentyabrın 28-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Mingəçevir şəhərində məcburi köçkünlər üçün salınan qəsəbədə Mənzil İstismar Sahəsinin binasında vətəndaşları qəbul edib.

Qəbulda Mingəçevir, Yevlax və Tərtərdə müvəqqəti məskunlaşmış məcburi köçkünlər iştirak ediblər. Onların müraciətləri, əsasən, mənzil-məişət, məşğulluq, kommunal xidmətlər, statusun verilməsi və digər məsələlərlə əlaqədar olub. Müraciətlərin bir qismi yerində həll edilib.

Məlumat verilib ki, məcburi köçkünlər üçün yeni qəsəbələrin salınması, maddi rifah halının yaxşılaşdırılması Prezident İlham Əliyevin onlara göstərdiyi diqqət və qayğının nəticəsidir. Məcburi köçkünlərin problemlərinin həlli dövlətin sosial siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyən edilib və onların həlli üçün məqsədyönlü ardıcıl tədbirlər həyata keçirilir. Birinci vitse-prezident xanım Mehriban Əliyeva məcburi köçkünlərə həssaslıqla yanaşır, hələ də ən ağır və qəzalı şəraitdə yaşayan məcburi köçkünlərin yeni mənzillərə köçürülməsi ilə bağlı aparılan işlərin sürətləndirilməsi üçün verdiyi tapşırıqların icrası davam etdirilir.

Dövlət Komitəsinin sədri müraciətlərin qısa müddətdə araşdırılacağını və müvafiq tədbirlərin görüləcəyini bildirib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
08.11.2019
Yevlaxda Əlilliyi olan şəxslər üçün Regional Bərpa Mərkəzi əsaslı təmirdən sonra istifadəyə verildi
07.11.2019
Şəhid ailələri, Qarabağ müharibəsi və 20 Yanvar əlillərinə daha 40 mənzil verildi - FOTO
06.11.2019
Gələn il Azərbaycanda orta aylıq pensiya 293 manat olacaq
06.11.2019
Əlilliyi olan şəxslərə reabilitasiya vasitələri yaşadıqları rayonlara aparılaraq təqdim edilib
06.11.2019
DOST Agentliyində Bolqarıstanın Əmək və Sosial Siyasət naziri ilə görüş olub