Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6560

Digər sorğular

Tibbi-sosial ekspertiza və həkim-məsləhət komissiyalarının regional müşavirəsi keçirilib

23:06  |    27 Sentyabr 2018  |   E-mail  |  Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə Quba şəhərində keçirilən regional müşavirədə Tibbi-sosial ekspertiza və və həkim-məsləhət komissiyalarının birgə fəaliyyəti təhlil edilib.

Qaziler.az bildirir ki, səhiyyə nazirinin müavini Rahim Əliyev bildirib ki, dövlət başçısının tapşırıqlarına uyğun olaraq, ölkədə fiziki məhdudiyyətli vətəndaşların tibbi müayinəsi və müalicəsi işləri təkmilləşdirilməkdədir. Nazir müavini əlilliyin qiymətləndirilməsi sahəsində şəffaflığın və göstərilən xidmətlərin keyfiyyətinin artırılması istiqamətində davamlı işlərin görüldüyünü diqqətə çatdırıb. Bu istiqamətdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Səhiyyə Nazirliyinin İşçi Qruplarının fəaliyyət göstərdiyini deyən R.Əliyev əlilliyin qiymətləndirilməsi prosesində baş verən nöqsanların tam aradan qaldırılması üçün araşdırmaların davam edəcəyini bildirib.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri Hidayət Abdullayev bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən əlilliyin qiymətləndirilməsi sahəsində şəffaflığın artırılması, süründürməçilik hallarının aradan qaldırılması, göstərilən xidmətin keyfiyyətinin və vətəndaş məmnunluğu göstəricisinin artırılması, eləcə də əlillik təyinatlarında ünvanlığın təmin olunması prioritet hədəflər kimi müəyyənləşdirilib. Bununla bağlı olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yaradılmış İşçi Qrup tərəfindən 2018-ci ilin ötən dövrü ərzində aparılmış əlillik təyinatlarının təhlili aparılıb və əlillik təyinatında kəskin artım müşahidə olunan risk qrupu xəstəliklər araşdırılıb. Araşdırmanın nəticələrinə görə risk qrupu xəstəliklər üzrə əsassız göndərişlər əsasında təyinat aparılmış əlillik dərəcələri daha aşağı dərəcə ilə əvəz edilib və ya ləğv edilib.

H.Abdullayev qeyd edib ki, bununla yanaşı, normativ–hüquqi aktların təkmilləşdirilməsi, mütərəqqi yanaşmalara uyğun əlilliyin qiymətləndirilməsi meyarlarının hazırlanması istiqamətində müvafiq işlər görülür. İnzibatçılığın təkmilləşdirilməsi və ünvanlılığın təmin edilməsi məqsədilə əlillik təyinatı üçün göndərişlərin rəsmiləşdirilməsi ilə əlaqədar mövcud prosedurlara və sənədlərə dəyişikliklər Səhiyyə Nazirliyi ilə razılaşdırılıb.

H.Abdullayev vurğulayıb ki, iki qurumun əməkdaşlığı nəticəsində artıq hemodializ xəstələrinin reyestri üzrə məlumatların elektron formada Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ötürülməsi təmin edilib. Bu xəstəlik üzrə göndərişlər rəsmiləşdirilib ötürüldükdən sonra elektron informasiya sistemi tərəfindən reyestr ilə uzlaşdırılır və təsdiqini tapmayan göndərişlər qiymətləndirməyə buraxılmadan dərhal geri qaytarılır. Müşavir analoji yanaşmanın peşə xəstəliyi üzrə də tətbiq olunacağını bildirib.

Müşavirədə əlilliyin qiymətləndirilməsi sahəsində həkim-məsləhət komissiyalarının və Tibbi-sosial ekspert komissiyalarının fəaliyyətində islahatların aparılması, yeniliklərin tətbiqi və bu sahədə müşahidə olunan problemlər müzakirə olunub.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
08.11.2019
Yevlaxda Əlilliyi olan şəxslər üçün Regional Bərpa Mərkəzi əsaslı təmirdən sonra istifadəyə verildi
07.11.2019
Şəhid ailələri, Qarabağ müharibəsi və 20 Yanvar əlillərinə daha 40 mənzil verildi - FOTO
06.11.2019
Gələn il Azərbaycanda orta aylıq pensiya 293 manat olacaq
06.11.2019
Əlilliyi olan şəxslərə reabilitasiya vasitələri yaşadıqları rayonlara aparılaraq təqdim edilib
06.11.2019
DOST Agentliyində Bolqarıstanın Əmək və Sosial Siyasət naziri ilə görüş olub