Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6564

Digər sorğular

Siyəzən rayonunda “Vətənin müdafiəsinə hazıram!” adlı tədbir keçirilib

20:36  |    26 Sentyabr 2018  |   E-mail  |  Çapa göndər

Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti fəaliyyət istiqamətinə uyğun olaraq, Azərbaycan Respublikası vətəndaşlarının hərbi-vətənpərvərlik tərbiyəsi, yeniyetmə və gənclərdə vətəndaşlıq hisslərinin yüksəldilməsi, onların Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizəyə hazırlıq ruhunda tərbiyə edilməsi məqsədi ilə mütəmadi olaraq ictimai tədbirlər həyata keçirir.

Qaziler.az bildirirki, xidmətin 2018-ci il üçün fəaliyyət planına əsasən, 26 sentyabr 2018-ci il tarixdə Siyəzən və Xızı Rayon İcra Hakimiyyətləri ilə birgə “Vətənin müdafiəsinə hazıram!” adlı tədbir keçirilib. Tədbirdə Siyəzən Rayon İcra Hakimiyyətinin məsul nümayəndəsi Balabəy Balabəyov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Aparatının şöbə rəisi polkovnik Niyaz Məmmədov, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvi Emin Həsənli, Respublika Əfqanıstan Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyev, ictimaiyyət nümayəndələri orta məktəblərin yuxarı sinif şagirdləri, şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi veteranları iştirak ediblər.

Tədbir Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi ilə başlanılıb, daha sonra Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş vətəndaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Siyəzən Rayon İcra Hakimiyyətinin məsul nümayəndəsi Balabəy Balabəyov bildirib ki, rayonda gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsi diqqətdə saxlanılır və cari ildə ali təhsil müəssisələrinə qəbul olunmuş siyəzənli abituriyentlərin bir hissəsinin hərbi təhsil müəssisələrini seçmələri bunu sübut edir.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Aparatının şöbə rəisi polkovnik Niyaz Məmmədov qeyd edib ki, gənclərdə vətənpərvərlik ruhunun yüksəldilməsi istiqamətində mütəmadi tədbirlər təşkil olunur. N.Məmmədov Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət edəcək gənclərin fiziki hazırlığının yüksəldilməsi, onlara ilkin hərbi biliklərin öyrədilməsinin uğurla həyata keçirildiyini nəzərə çatdırıb.

Respublika Əfqanıstan Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyev, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvi Emin Həsənli və digər çıxış edənlər ölkəmizdə ordu quruculuğu prosesində görülmüş işlərdən və qazanılmış nailiyyətlərdən danışıblar.
Mərasim iştirakçılarına Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən vətəndaşlara göstərilən elektron xidmətlər barədə ətraflı məlumat verilib.
Tədbirdə iştirak edən şəhid ailəsinin nümayəndələri‚ Qarabağ Müharibəsi veteranları, "Gənclərin çağırışaqədərki hazırlığı" fənninin tədrisində fərqlənən hərbi rəhbər və şagirdlər Xidmət tərəfindən diplomlarla təltif edilib.

Tədbirin bədii hissəsində vətənpərvərlik mahnılarının məşhur ifaçısı Şəmistan Əlizamanlı, Siyəzən və Xızı rayon məktəblərinin özfəaliyyət kollektivləri vətənpərvərlik mövzusunda tərtib edilmiş proqramla çıxış ediblər.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
16.11.2019
Aqşin Yeniseyin vəziyyəti ağırlaşdı
16.11.2019
Terrorçulara yardım etməkdə təqsirləndirilən azərbaycanlı beynəlxalq axtarışa verilib
16.11.2019
Zərdabda 30-dan çox uşağa günərzi qayğı xidmətləri göstərilir
16.11.2019
Telejurnalist "AzerGold"a mətbuat katibi təyin olundu
16.11.2019
Nazir Ağayevin yerinə onu rəis təyin etdi