Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6560

Digər sorğular

“Xilaskar ömrü” sənədli filmi italyan dilində nümayiş olundu

18:45  |    26 Sentyabr 2018  |   E-mail  |  Çapa göndər


“Qafqazinfo” xəbər verir ki, rejissor Tahir Əliyevin Dahi Şəxsiyyətin 95 illiyi münasibətilə ərsəyə gətirdiyi film Neapol-Bakı Assosiasiyasının və “Azərkitab” Kitab təbliğatı mərkəzinin birgə dəstəyilə italyan dilinə dublyaj olunub.

Tədbirdə italyan dilində təhsil alan tələbələrlə yanaşı İtaliyanın Azərbaycandakı səfirliyinin və Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları da iştirak ediblər.

Tədbiri giriş sözü ilə ADU-nin italyan mərkəzinin rəhbəri Nərgiz Cəfərova açaraq Neapol-Bakı Assosiasiyası ilə təmsil etdiyi universitetin səmərəli əməkdaşlığından danışıb. Assosiasiyanın vitse-prezidenti Elnur Camalxanov Ulu Öndərin 1997-ci il 25-27 Sentyabr tarixləri arasında İtaliyaya ilk rəsmi səfərilə iki ölkə arasında iqtisadi münasibətlərin təməlinin qoyulduğunu bildirib. Tədbirin məhz 25 sentyabrda keçirilməsini də bu tarixin iki ölkə arasında xüsusi əhəmiyyətə malik olması ilə əlaqələndirib. O, həmçinin bu il Cümhuriyyət tələbələrinin də 100 yaşı olduğunu diqqətə çatdırıb. Belə ki, 100 il öncə Azərbaycan ilk müstəqilliyini qazandıqdan sonra 100 nəfərdən ibarət tələbə heyətini Avropaya təhsil almağa yola salıb. O zamanlar da öz dost münasibətini əsirgəməyən İtaliya dövləti digər ölkələrə viza alınmasında tələbələrimizə yaxından dəstək verib onların Fransa, İsveçrə və Almaniyaya yola salınmasında köməklik göstərib. Filmin nümayişindən sonra Neapol-Bakı Assosiasiyasının prezidenti Cüzeppe Kanilya Azərbaycana hər səfərindən məmnunluq duyduğunu bildirib. O, rəhbərlik etdiyi təşkilatın bundan sonra da iki ölkənin iqtisadi, mədəni və dostluq əlaqələrinin daha da möhkəmlənməsinə xidmət göstərəcəyini xüsusi vurğulayıb.

Daha sonra o, Assosiasiyanın dostluq medalını və Neapolun keçmişini və indisini ozündə ehtiva edən şəkillərdən ibarət kitabı Diasporla İş Üzrə Dövlət Komitəsinin sədri Fuad Muradova çatdırması üçün komitənin əməkdaşı Elvin Əsgərova təqdim edib. Səfir Auqusto Massariyə hədiyyə olunan İtalyan dilində “Azərbaycan” kıtabı isə səfirliyin əməkdaşına verilib. İtalyan mərkəzinin kitabxansının bədii ədəbiyyatla zənginləşdirilməsi məqsədilə Cüzeppe Kaniqliyanın İtaliyadan gətirdiyi bir sıra kitablar mərkəzin rəhbəri Nərgiz Cəfərovaya təqdim olunub.

Yekunda DİDK-nin əməkdaşı Elvin Əsgərov da tələbələrə gələcək işlərində və diaspor fəaliyyətlərində uğurlar arzulayıb.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
13.11.2019
Oqtay Əsədov Sahil Babayevə: "Yerlibazlıq edib sənə imkan yaratdıq..."
13.11.2019
Prezident İlham Əliyev “Azərsu” ASC-yə 5 milyon manat ayırıb
13.11.2019
Oqtay Gülalıyevin vəziyyəti ağırlaşdı
13.11.2019
Şəhid ailəsinin bank girovluğunda olan evi Birinci vitse-prezidentin tapşırığı ilə geri qaytarılıb - FOTO
13.11.2019
Sağlamlıq imkanları məhdud uşağa müavinət və ona qulluq edənə təqaüdün təyinatı elektronlaşdırıldı