Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6560

Digər sorğular

ABA-nın Rəyasət Heyətinin geniş tərkibdə iclası keçirilmişdir

23:54  |    25 Sentyabr 2018  |   E-mail  |  Çapa göndər


21 sentyabr 2018-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının Rəyasət Heyətinin geniş tərkibdə iclası keçirilmişdir.

İclasın əsas müzakirə mözvuları bankların maliyyə vasitəçiliyi imkanlarının artırılması üçün görülməsi zəruri olan tədbirlər, bu sahədə mövcud vəziyyət və qarşıdakı çağırışlarla bağlı ABA üzvlərinin rəy və təklifləri, eyni zamanda, təşkilati məsələlər olmuşdur.

İclas zamanı bankların maliyyə vasitəçiliyi imkanlarının artırılması üzrə banklar tərəfindən ABA-ya ünvanlanmış təkliflərin işlənməsi üçün müvafiq İşçi Qrup yaradılmışdır .

İclasda eyni zamanda ABA-nın yeni vitse –prezidenti seçilmişdir. Belə ki, ABA-nın vitse-prezidenti Xalid Əhədovu “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyəti sədri vəzifəsini icra edən Abbas İbrahimov əvəz etmişdir.

İclasda ABA-nın nəzdində yeni yaradılmış “Risklərin İdarə edilməsi üzrə Ekspert Qrupu”nun sədri təyin edilmişdir. Ekspert Qrupunun yaradılmasında məqsəd risklərin idarə edilməsi sahəsində yeni çağırışlar və qabaqcıl təcrübələrin öyrənilməsi, bu təcrübələrin yerli bank sisteminə tətbiqi imkanlarının araşdırılıması, tənzimləyici və nəzarət orqanları ilə qarşılıqlı əməkdaşlığın gücləndirilməsi, risklərin idarə edilməsinə dair müxtəlif normativ sənədlərin işlənib hazırlanmasında peşəkar iştirak, əlaqədar qurumlara əsaslandırılmış təkliflərin hazırlanmasıdır. Ekspert Qrupuna sədr “Azərbaycan Beynəlxalq Bankı” ASC-də İdarə Heyəti sədrinin müavini Aqşin Əmirov təyin edilmişdir.

Həmçinin iclas zamanı yeni yaradılmış digər Qrupun- “Ticarətin və layihələrin maliyyələşdirilməsi üzrə Ekspert Qrupu”nun yaradılması və qrup sədri təyin olunmuşdur. Qrupun yaradılmasında məqsəd Azərbaycan Respublikasının qanunvericiliyinin akkreditiv, qarantiyaların, inkasso və sair sənədli əməliyyatların beynəlxalq qanunvericiliyin tələblərinə uyğunluğunun təhlil edilməsi,sözügedən bank məhsullarının təqdim edilməsində qarşıya çıxan və potensial problemlərin müzakirəsi, qeyd olunan sahədə beynəlxalq standartların tətbiq edilməsi imkanlarının araşdırılması və ölkədə bank fəaliyyətinin tənzimlənməsini həyata keçirən orqanlar tərəfindən normativ aktlarda dəyişikliklərin aparılması zamanı müvafiq təkliflərin verilməsi, xarici banklarla əlaqələrin qurulması və genişləndirilməsi perspektivlərinin nəzərdən keçirilməsi, ixrac kredit agentlikləri və digər xarici maliyyə institutları vasitəsilə Azərbaycanda irimiqyaslı, uzunmüddətli layihələrin maliyyələşdirilməsi sahəsində imkanların araşdırılması, yerli və xarici banklarla təcrübə mübadiləsi, bu istiqamətlərdə aparılan gündəlik əməliyyatlarda qarşıya çıxan problemlərə dair müzakirələrin aparılması və məqsədəuyğun tövsiyələrin verilməsdir.

Qeyd edək ki, Ekspert Qrupuna “Bank VTB (Azərbaycan)” ASC-nin Korporativ biznesin inkişafı departamentinin direktoru Yasin Cəlilov sədr təyin edilmişdir.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
08.11.2019
Yevlaxda Əlilliyi olan şəxslər üçün Regional Bərpa Mərkəzi əsaslı təmirdən sonra istifadəyə verildi
07.11.2019
Şəhid ailələri, Qarabağ müharibəsi və 20 Yanvar əlillərinə daha 40 mənzil verildi - FOTO
06.11.2019
Gələn il Azərbaycanda orta aylıq pensiya 293 manat olacaq
06.11.2019
Əlilliyi olan şəxslərə reabilitasiya vasitələri yaşadıqları rayonlara aparılaraq təqdim edilib
06.11.2019
DOST Agentliyində Bolqarıstanın Əmək və Sosial Siyasət naziri ilə görüş olub