Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6893

Digər sorğular

Komitə sədri məcburi köçkünlərlə görüşdü

19:14  |    25 Sentyabr 2018  |   E-mail  |  Çapa göndər


Sentyabrın 25-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində məcburi köçkünlərin növbəti qəbulu keçirilib.

Komitədən Qaziler.az-a bildirilib ki, əvvəlcədən qəbula yazılmış vətəndaşlara Dövlət Komitəsinin sədri, sədr müavinləri, şöbə və departament rəhbərləri ilə görüşmək, onlara öz müraciətlərini çatdırmaq imkanı yaradılıb.

Dövlət Komitəsinin sədri Rövşən Rzayevin qəbul etdiyi məcburi köçkünlərin müraciətləri, əsasən, mənzil məsələsi ilə bağlı olub. Məcburi köçkünlər öz problemləri barədə məlumat vermək, arzu və istəklərini ifadə etməklə yanaşı, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə həyata keçirilən dövlət proqramının icrasından, Heydər Əliyev Fondunun bu sahədəki xeyirxah xidmətlərindən razılıqlarını bildirib, həmçinin Ermənistanın işğalçılıq siyasəti nəticəsində üzləşdikləri çətinliklərin tezliklə aradan qaldırılacağına inandıqlarını deyiblər.

Müharibənin nəticələrindən əziyyət çəkən vətəndaşlara bir daha izah edilib ki, onların sosial problemlərinin həlli Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir. Birinci vitse-prezident xanım Mehriban Əliyevanın ən ağır şəraitdə yaşayan məcburi köçkünlərin qısa müddətdə yeni mənzillərə köçürülməsi barədə tapşırığının icrası davam etdirilir. Digərlərinin yeni mənzillərlə təmin edilməsi məsələsi isə mərhələli şəkildə həll olunmaqdadır.

Dövlət Komitəsinin rəhbəri və məsul işçiləri tərəfindən qəbul edilən məcburi köçkünlərin müraciətləri müvafiq qaydada qeydə alınıb. Müraciətlərin hər biri ayrı-ayrılıqda araşdırılacaq və qanuna uyğun tədbirlər görüləcəkdir.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
01.06.2020
“Reabilitasiya” elektron sistemi yaxın aylarda işə salınacaq
29.05.2020
Mənzillə təmin edilən şəhid ailələri və müharibə əlillərinin sayı 7700-ə çatıb
27.05.2020
Elm adamları koronavirusun metroda necə yayıldığını göstərdi - Sərnişinlərin diqqətinə...
23.05.2020
Bu axşam Fitr bayramıdır - Zəkat necə çıxarılmalıdır?
22.05.2020
Daha 5 DOST mərkəzinin açılacaq