Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6960

Digər sorğular

Azərbaycan mediasından dünyaya örnək layihə

17:11  |    25 Sentyabr 2018  |   E-mail  |  Çapa göndər


Faktor.az xəbər portalı fəaliyyətində yeni mərhələyə başlayıb.

Faktor.az xəbər verir ki, 2016-cı ildə “Faktor Azərbaycan MMC”nin tərkibində fəaliyyətə başlayan Faktor.az qarşısına xəbər missiyası ilə yanaşı, dövlətin sosial sahədə həyata keçirdiyi siyasətə dəstək olmaq üçünə fərqli bir məqsəd də qoyub.

Bu gündən etibarən saytın kollektivinin əsas hissəsi fiziki məhddiyyətli şəxslər, sığınacaqda məskunlaşanlar, kimsəsiz uşaqlar evindən yaş məhdudiyyətinə görə çıxmağa məcbur qalan istedadlı şəxslər olacaq.

Onlara müxbirlik, tərcüməçilik, redaktə, korrektə, montaj işləri, fotoqraflıq, operatorluq, videoblogerlik, SMM kimi sahələr öyrədiləcək. Bu müddət ərzində isə maaşla təmin ediləcəklər.

Azərbaycanda 624 min əlil yaşayır, bu da əhalinin 6,3 faizi deməkdir. Amma onların cəmi 32,5 faizi işləyir. Onlara hər il dövlət büdcəsindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Müdafiəsi Fondu vasitəsilə 82 milyon manat ödənilir.

Faktor.az-ın daha bir məqsədi bu təcrübəni böyüdüb, bütün ölkədə tətbiq etməkdir ki, bununla da dövlətin bu sahədəki fəaliyyətinə ciddi şəkildə dəstək veriləcək.

Məlumat üçün bildirək ki, “Faktor Azərbaycan” MMC-nin tərkibində faktorSMM xidməti, AQAT Channel və faktor.az yutub kanalları, eləcə də faktor.az xəbər saytı fəaliyyət göstərir.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
15.07.2020
Sabahın HAVA PROQNOZU
15.07.2020
Dövlət Xidməti könüllü cəbhəyə getmək istəyənlərə müraciət etdi
15.07.2020
“Milli Məclisin inzibati binasında dağıntılar törədilib” - Parlament rəsmisi
15.07.2020
Səid Dadaşbəyli azadlığa çıxdı
15.07.2020
Milli Məclisin binası qarşısında baş verənlərlə bağlı cinayət işi başlandı - RƏSMİ