Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6893

Digər sorğular

“İşləyən qadın - inkişaf edən cəmiyyət” mövzusunda seminar keçirilib

20:54  |    24 Sentyabr 2018  |   E-mail  |  Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti “İşləyən qadın - inkişaf edən cəmiyyət” mövzusunda seminar keçirib.

Qaziler.az bildirir ki, tədbirdə əmək münasibətləri sistemində gender bərabərliyinin təmini, qadınların sosial vəziyyəti, təhsil səviyyəsi, cəmiyyətdə iştirakı, işləməsi və digər məsələlər müzakirə edilib. Qeyd edilib ki, qadınlara iş bacarıqlarının qazandırılması iqtisadi inkişafla yanaşı, eyni zamanda ailədəki mövqeyinin güclənməsinə təsir edir.

Azərbaycan qadınının cəmiyyətdə oynadığı rolun daha da yüksəldiyi, dövlət idarəçiliyində, qanunvericilik aktlarının formalaşmasında, diplomatiyada, sahibkarlıqda, mədəniyyət sahəsində, elm, təhsil, səhiyyədə və digər mühüm sferalarda aktiv iştirak etdikləri qeyd edilib. Bildirilib ki, Əmək Məcəlləsinə əsasən, əmək münasibətlərində cinsinə görə işçilər arasında hər hansı ayrı-seçkiliyə yol verilməsi qadağandır. Bununla belə, qanunvericiliklə qadınlara güzəştlərin, imtiyazların və əlavə təminatların müəyyən edilməsi ayrı-seçkilik halı hesab edilmir.

Seminarda cinsi ayrı seçkilik, təhsil və peşə təhsilindəki bərabərsizlik, ev işləri və uşağa qulluq və s. məsələlər müzakirə edilib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
01.06.2020
“Reabilitasiya” elektron sistemi yaxın aylarda işə salınacaq
29.05.2020
Mənzillə təmin edilən şəhid ailələri və müharibə əlillərinin sayı 7700-ə çatıb
27.05.2020
Elm adamları koronavirusun metroda necə yayıldığını göstərdi - Sərnişinlərin diqqətinə...
23.05.2020
Bu axşam Fitr bayramıdır - Zəkat necə çıxarılmalıdır?
22.05.2020
Daha 5 DOST mərkəzinin açılacaq