Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6473

Digər sorğular

Qəbul qaydaları dəyişdi – Bəs, o abituriyentlərin aqibəti necə olacaq? - VİDEO

02:14  |    23 Sentyabr 2018  |   E-mail  |  Çapa göndər


2019-cu ildən etibarən ali məktəbələrə qəbul qaydaları dəyişiləcək.

Abituriyentlər 700 balın 300-nü buraxılış imtahanlarından, 400-nü isə qəbul imtahanlarından toplayacaqlar. Bəs əvvəlki illərin məzunları necə olacaq? Onların balı necə hesablanacaq? Dövlət imtahan mərkəzinin cavabı növbəti süjetimizdə.

Əvvəlki illərin məzunları yenidən buraxılış imtahanı verəcəklər. 2019-cu ildən etibarən ali məktəbələrə qəbul qaydaları dəyişiləcək. Artıq bununla bağlı model hazırlanaraq Nazirlər Kabinetinə təqdim olunub. Bunu "Xəzər Xəbər"ə açıqlamasında Dövlət İmtahan Mərkəzinin Mətbuatla İş və Elektron Kommunikasiya sektorunun müdiri Xanlar Xanlarzadə deyib. O bildirib ki, abituriyentlər 700 balın 300-nü buraxılış imtahanlarından, 400-nü isə qəbul imtahanlarından toplayacaqlar.Əvvəlki illərin məzunları da buraxılış imtahanı qaydasında əlavə imtahan verəcəklər.Bundan sonra isə digər abituriyentlərlə birgə qəbul imtahanlarında iştirak edəcəklər. Modelin yaxın 2 həftə ərzində təsdiqlənməsi gözlənilir.

Təsdiqlənməsi gözlənilən modeldə bir çox nüanslar öz əksini tapıb.

Xanlar Xanlarzadə qeyd edib ki, bu bir müsabiqədir və hamı üçün bərabər şərtlər altında keçirilməlidir. Bir neçə il əvvəl məzun olanlar üçün imtahanlarda əlavə bir proqram tərtib oluna bilməz. Abituriyentlərin qəbul qaydaları ilə tanış olması və şərtləri yaxşı mənimsəməsi üçün isə noyabr ayından etibarən sınaq imtahanları keçiriləcək.

Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
09.09.2019
Prezident təqaüdü alacaq tələbələrin SİYAHISI
05.09.2019
Bakıda “Azərbaycanın olmadığı” qlobuslar satılır - FOTOLAR
02.09.2019
Ali məktəblərin boş qalan plan yerlərinə qeydiyyat bu gün başa çatır
31.08.2019
Tələbələrə təqaüdlərin ödənilməsi qaydası dəyişdirildi
27.08.2019
Ali məktəblərə qəbul olan abituriyentlərin qeydiyyatı bu gün başa çatır