Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6954

Digər sorğular

Ölünü məhkəməyə çağırdılar - BAKIDA

01:14  |    23 Sentyabr 2018  |   E-mail  |  Çapa göndər


Xəzər rayon Məhkəməsi 4 il bundan əvvəl dünyasını dəyişmiş Əmirov Əhmədağa Əmirhüseyn oğlunu (20.09.1935 -02.07.2014) məhkəməyə çağırıb.

Baku.ws-ə bu barədə mərhumun oğlu Vüqar Əmirov məlumat verib.

Onun sözlərinə görə, özünü Yaqub kimi təqdim edən məhkəmə icraçısı anasına zəng vuraraq tələb edib ki, həyat yoldaşını məhkəməyə gətirsin:

"Anama deyib ki, ərinizin borcu var, gəlib ödəsin. Hansı ki, o borc atam yataqdaykən ödənilib. Məhkəmənin qərarı ilə pensiyasından tutulub. Mən anlaya bilmirəm, ödənilməsəydi belə, bu dörd ildə hardaydılar ki, indi zəng vururlar? Anam şəkər xəstəsidir, o zəngdən sonsa halı pisləşib.

Atam həmin o sözügedən məbləği iş yoldaşı Hacı Tofiq Zeynalov adlı şəxsdən borc almışdı. Atam qəfildən insult keçirdi və 6 il yataq xəstəsi oldu. Müalicəsinin pulunu çatdıra bilmədiyimizdən borcu ödəyə bilmirdik.

Həmin o Hacı Tofiq atamın vəziyyətini görsə də, borcunu geri istədi. Qaytara bilmədiyimizi görüb, məhkəməyə verdi. Xəzər rayon Məhkəməsinin çıxardığı hökmə əsasən həmin 300 manat atamın təqaüdündən tutulub Hacı Tofiqə verildi. İndi icra məmuru zəng edib deyir ki, o iş bizdə açıq qalıb. Axı bu necə ola bilər?”

Qeyd edək ki, mərhum Əmirov Əhmədağa Əmirhüseyn oğlu (20.09.1935 -02.07.2014) Türkan qəsəbə nümayəndəliyində 22 il baş mühasib, 23 il Türkanda yerləşən 56 saylı Poçtun rəisi vəzifələrində çalışıb.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
12.07.2020
AzTV şəhidlərə görə konserti ləğv etdi
12.07.2020
Müdafiə nazirinin müavini: “Düşmənə ağır və sarsıdıcı zərbə endirilib”
12.07.2020
Azərbaycanda sabiq nazirin anası və həyat yoldaşı vəfat edib
12.07.2020
“Etibarlı mənbələrə istinad etməliyik”
12.07.2020
Hafiz Paşayevə ağır itki