Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6356

Digər sorğular

Hatayda “Azərbaycan” küçəsi və “Qarabağ” parkı açılacaq

20:50  |    22 Sentyabr 2018  |   E-mail  |  Çapa göndər


Dünya Müsəlman-Türk və Suriya Türkmənləri qurultayında iştirak etmək üçün Hatayda səfərdə olan millət vəkili Qənirə Paşayeva Hatay, Yayladağı bələdiyyə başçısı Mehmet Kalkan ilə görüşüb.

Görüş zamanı Azərbaycanla Türkiyənin bəzi şəhərlərinin və bələdiyyələrinin qardaş şəhərlər və bələdiyyələr olduğunu bildirərək, qədim Yayladağının da Azərbaycan bölgələrindən biri ilə qardaş olaraq görmək istəyirik deyən Qənirə Paşayeva bələdiyyə başçısı ilə Dağlıq Qarabağ problemi, Xocalı soyqırımı, qondarma erməni soyqırımı iddiaları ilə bağlı da fikir mübadiləsi aparıb və ötən görüşündə də qeyd etdiyi kimi, Yayladağının mərkəzi küçələrindən birinə Azərbaycan adının və mərkəzi parklarından birinə Qarabağ adının veriləcəyinə inandığını deyib və Yayladağı bələdiyyəsi tərəfindən bu cür addımın atılmasının böyük əhəmiyyətindən, vacibliyindən danışıb. Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü münasibətilə təbrik edən və Azərbaycanı çox sevdiyini deyən Yayladağı bələdiyyə başçısı Mehmet Kalkan Türkiyənin və Azərbaycanın bir millət iki dövlət olduğunu vurğulayaraq, Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığın inkişafına xüsusi önəm və diqqət etdiyini deyib.

Yayladağı bələdiyyə başçısı Mehmet Kalkan həmçinin qardaş bələdiyyələr məsələsi ilə də bağlı addımlar atılacağını, hər zaman qardaş Azərbaycanın yanında olduqlarını qeyd etdi. Millət vəkili Qənirə Paşayevanın Yayladağıda Azərbaycan küçəsi və Qarabağ parkı ilə bağlı təklifini müsbət qiymətləndirdiyini bildirən Yayladağı bələdiyyə başçısı bu təklifə baxıldığını deyib və yaxın zamanlarda Yayladağında Azərbaycan küçəsinin və Qarabağ parkının açılacağını və həmin açılış mərasimlərində millət vəkili Q.Paşayevanı görməyə çox şad olarıq dedi.

Yayladağı bələdiyyə başçısına Azərbaycan tarixi, mədəniyyəti və Qarabağ həqiqətləri ilə bağlı materiallar hədiyyə edən millət vəkili Q.Paşayeva onu Azərbaycana dəvət edib. Azərbaycanı çox sevdiyini deyən Yayladağı bələdiyyə başçısı Mehmet Kalkan dəvəti böyük məmnuniyyətlə qəbul etdiyini deyərək qısa zamanda Azərbaycana səfər edəcəyini bildirib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
20.06.2019
Bu gün Vaşinqtonda Azərbaycan və Ermənistan XİN başçılarının görüşü olacaq
19.06.2019
Ermənilərə Fransadan zərbə ardınca zərbə
18.06.2019
IDEA və Ümumdünya Turizm Təşkilatı arasında anlaşma memorandumu imzalanıb
18.06.2019
Fuad Abbasov həbsdə olmasının səbəblərini öz səsi ilə açıqladı - sensasion telefon bəyanatı - AUDİO
16.06.2019
Azərbaycan, Rusiya və İran prezidentləri avqustda Soçidə görüşəcək