Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6356

Digər sorğular

Qənirə Paşayeva Dünya Müsəlman-Türk və Suriya Türkmənləri qurultayında çıxış edib

20:40  |    21 Sentyabr 2018  |   E-mail  |  Çapa göndər


Millət vəkili Qənirə Paşayeva Dünya Müsəlman-Türk və Suriya Türkmənləri qurultayında çıxış edib

Qaziler.az bildirir ki, Millət vəkili Qənirə Paşayeva Dünya Müsəlman-Türk və Suriya Türkmənləri qurultayında iştirak edib və çıxışında bu gün qardaşlıq günüdür, birlik və bərabərlik günüdür deyən millət vəkili Q.Paşayeva insanımız daha çox acı çəkməməsi, zülm görməməsi üçün birlik və bərabərliyimizi daha da gücləndirməli və onların yanında olmalıyıq deyib.

Qurultayda çıxışında Türk dünyasına səslənərək "bütün Türk, Müsəlman çoğrafiyasında yaşayan, bu gün acı və kədər içində olan qardaş-bacılarımıza dəstək olmalıyıq və mən bütün türkləri bu gün Suriyada Bayırbucakda, İraqda Təlafər, Kərkükdə, Krımda, Axısxada, Qarabağda, harada əziyyət çəkən insanımız varsa, onlara hər zaman əlinizdən gələn köməyi əsirgəməməyə çağırıram," deyən millət vəkili Q.Paşayeva harada doğulub harada yaşamasından asılı olmayaraq hər bir Türk insanını imkanları daxilində Suriya və İraq türkmənlərinə yardım göstərməyə çağırıb. "Biz maddi yardımlarla bərabər mənəvi, siyasi dəstəyimizlə də daha çox onların yanında olmalıyıq", - deyən millət vəkili Qənirə Paşayeva bütün dünyada yaşayan Türk insanını Suriya və İraq türkmənlərinin səsi olmağa və onlarla bağlı həqiqətlərin dünyaya daha geniş duyurulmasında fəal olmağa çağırıb.

Suriya və İraq türkmənlərinin vəziyyəti ilə bağlı Avropa Şurası Parlament Assambleyasında çıxış edərək, çağırış səsləndirdiyini deyən millət vəkili Qənirə Paşayeva beynəlxalq təşkilatları, BMT, ATƏT-i və beynəlxalq ictimaiyyətin Suriya və İraq türkmənlərinin vəziyyətinə və baş verənlərə biganə, laqeyd münasibətini kəskin qınayıb. Millət vəkili Qənirə Paşayeva bildirib ki, TÜRK PA və İslam Konfransı Təşkilatı bu məsələdə daha da fəal rol oynayaraq Suriya və İraq türkmənlərinə ciddi dəstək istiqamətində addımları artırmalıdır. Türk Dünyasının Suriya ve İraq türkmənlərinə daha çox diqqət göstərməsinin vacibliyini vurğulayan millət vəkili Qənirə Paşayeva diaspor təşkilatlarımızın da türkmənlərin səsini beynəlxaql ictimaiyyətə daha geniş duyurulması istiqamətində fəallığını artırmalarının vacibliyini xüsusi vurğulayıb.

Millət vəkili Q.Paşayeva bildirib ki, 1 milyon insanı Ermənistanın işğalçılığı səbəbindən qaçqın və məcburi köçkün düşmüş Azərbaycan və Azərbaycan Türkləri Suriyadan və İraqdan köçkün düşmüş qardaş-bacılarımızın acılarını çox yaxşı anlayır və hər zaman yanınızdayıq və ümid edirik ki, inşallah yaxşın zamanlarda öz evlərinizə dönə biləcəksiniz deyib. Millət vəkili bildirib ki, bundan sonra da bütün beynəlxalq platformalarda onların səsini duyurmağa çalışacaq. Tədbirdə millət vəkili Q.Paşayevaya Suriya və İraq türkmənlərinin hüquqlarının müdafiəsi istiqamətində göstərdiyi fəaliyyətinə və dəstəyinə görə təşəkkür plaketi tədbir təşkilatçıları tərəfindən təqdim edilib.

Millət vəkili Q.Paşayeva Hatay vali yardımçısı, Hatay millət vəkilləri, qeyri-hökumət təşkilatları, KİV nümayəndələri ilə görüşüb, Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı geniş məlumat verib, fikir mübadiləsi aparılıb. Millət vəkili eyni zamanda Anadolu agentliyinə, TRT, TRT Haber kanallarına və digər tanınmış media qurumlarına müsahibələr verib, suallarını cavablandırıb.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
20.06.2019
Bu gün Vaşinqtonda Azərbaycan və Ermənistan XİN başçılarının görüşü olacaq
19.06.2019
Ermənilərə Fransadan zərbə ardınca zərbə
18.06.2019
IDEA və Ümumdünya Turizm Təşkilatı arasında anlaşma memorandumu imzalanıb
18.06.2019
Fuad Abbasov həbsdə olmasının səbəblərini öz səsi ilə açıqladı - sensasion telefon bəyanatı - AUDİO
16.06.2019
Azərbaycan, Rusiya və İran prezidentləri avqustda Soçidə görüşəcək