Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6437

Digər sorğular

Binəli Yıldırım azərbaycanca DANIŞDI: “Azərbaycana soyuq dəysə, biz xəstələnərik”

19:48  |    21 Sentyabr 2018  |   E-mail  |  Çapa göndər


Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırım Azərbaycan parlamentinin 100 illiyi ilə əlaqədar keçirilən bugünkü iclasda çıxış edib. Parlament sədri çıxışı zamanı Azərbaycan dilində danışıb.

Modern.az-ın məlumatına görə, Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırım Azərbaycan dilində çıxış edərək bildirib ki, “azadlığımız, gələcəyimiz, əminamanlığımız bir-birinə bağlıdı”.

“Birlikdə ağlayar, birlikdə gülərik. Ümidlərimiz, xəyallarımız və ideallarımız eynidir. Eyni dildə danışırıq, fikirlərimiz eyni nöqtələrdə birləşir. Azərbaycanda soyuq olsa, biz üşüyərik. Azərbaycana soyuq dəysə, biz xəstələnərik. Biz əcnəbi dövlətlərin adlarını sayanda Azərbaycanı o kateqoriyaya daxil etmərik. Çünki Türkiyə Azərbaycandır, Azərbaycan isə Türkiyə".

Türkiyəli spiker bildirib ki, TBMM-nə İzmirdən deputat seçilib:

“İzmir Bakı ilə qardaşlaşmış şəhərdir. Qardaşlıq hüququna dayanaraq mən özümü bakılı kimi hiss edirəm. Həmçinin Azərbaycanı öz vətənim kimi qəbul edirəm”.

Türkiyə Böyük Millət Məclisinin sədri çıxışında Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasına öndərlik və rəhbərlik etmiş Məhəmməd Əmin Rəsulzadə başda olmaqla, Azərbaycan dövlətinin istiqlalı və istiqbalı üçün əməyi keçən hər bir kəsə minnətdarlığını bildirib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
19.08.2019
Qənirə Paşayeva Vyetnamın fəal qadınları ilə görüşüb
17.08.2019
Patruşevin İrəvan səfərinin pərdəarxası - “Mesaj aparıb...”
17.08.2019
Bakı və İrəvan arasında gərginlik artır: nələr olacaq? – Təhlil
17.08.2019
Prezident İlham Əliyev Əfqanıstanın dövlət başçısını təbrik edib
17.08.2019
Qənirə Paşayeva Kamerun, Nigeriya və Konqonun qadınları ilə Qarabağ həqiqətlərindən danışıb