Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6559

Digər sorğular

Məişət zorakılığına məruz qalan uşaqlara müxtəlif növ yardım göstərilib

20:27  |    19 Sentyabr 2018  |   E-mail  |  Çapa göndər


Məişət zorakılığına məruz qalan uşaqlar üçün yardım Mərkəzi tərəfindən 113 nəfərə müxtəlif növ yardım göstərilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi əsasında Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyinin Məişət zorakılığına məruz qalan uşaqlar üçün yardım Mərkəzi tərəfindən bu il 113 nəfərə müxtəlif növ yardım göstərilib.

Nazirlikdən Qaziler.az-a bildirilib ki, yardım göstərilən 22 nəfər uşağın fiziki, 5 nəfərin cinsi, 30 nəfərin psixoloji, 9 nəfər uşağın iqtisadi zorakılığa məruz qaldığı müəyyən edilib. Bundan başqa uşaqları zorakılığa məruz qalmış 4 valideynə müvafiq rayonun İcra Hakimiyyəti tərəfindən qısamüddətli mühafizə orderinin alınması təmin edilib. Boşanma ərəfəsində olan 6 ailənin üzvünə göstərilmiş hüquqi yardım və davamlı psixoloji seanslar nəticəsində onların barışığına nail olunub.

Məktəb yaşına çatmış 12 uşaq məkətəbə hazırlıq proqramı üzrə hazırlıq keçib, 6 uşaq bağçaya yerləşdirilib, 7 uşağa ilkin tibbi yardım göstərilib və müalicələrinin davamı üçün tibb müəssisələrinə yönləndirilib. İki ananın 4 uşaq ilə birlikdə sığınacağda məskunlaşması təmin olunub. Risk qrupuna aid edilən valideynlərdən 4 nəfəri işlə təmin edilib.

Məlumat üçün bildirək ki, Mərkəzin fəaliyyət dairəsi Sumqayıt, Quba, Qusar, Şabran, Xaçmaz və digər ətraf şəhər və rayonları əhatə edir. Mərkəzdə sosial işçi, hüquqşünas, psixoloq, pedaqoq, tibb bacısı və defektoloq fəaliyyət göstərir.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
08.11.2019
Yevlaxda Əlilliyi olan şəxslər üçün Regional Bərpa Mərkəzi əsaslı təmirdən sonra istifadəyə verildi
07.11.2019
Şəhid ailələri, Qarabağ müharibəsi və 20 Yanvar əlillərinə daha 40 mənzil verildi - FOTO
06.11.2019
Gələn il Azərbaycanda orta aylıq pensiya 293 manat olacaq
06.11.2019
Əlilliyi olan şəxslərə reabilitasiya vasitələri yaşadıqları rayonlara aparılaraq təqdim edilib
06.11.2019
DOST Agentliyində Bolqarıstanın Əmək və Sosial Siyasət naziri ilə görüş olub