Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6354

Digər sorğular

“Sinif yoldaşları”nın premyerası olacaq

00:09  |    19 Sentyabr 2018  |   E-mail  |  Çapa göndər


Sentyabrın 23-də Akademik Milli Dram Teatrında Mədəniyyət Nazirliyinin sifarişi ilə hazırlanan “Sinif yoldaşları” tamaşasının premyerası keçiriləcək.

Teatrın mətbuat xidmətindən Qaziler.az-a verilən məlumata görə, məşhur rus yazıçı-dramaturqu Yuri Polyakovun eyniadlı pyesi əsasında hazırlanan səhnə əsəri melodram janrındadır.

Tamaşanın müəllifi, quruluşçu rejissoru və rəssamı Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, Xalq artisti Azər Paşa Nemətov, rejissoru Anar Sadıqov, bəstəkarı xalq artisti Siyavuş Kərimi, rejissor assistenti Ceyran Həsənlidir.

Yeni yaradıcılıq işində teatrın məşhur və sevilən aktyorları - əməkdar artistlər Sənubər İsgəndərli (Svetlana Poqojeva), Şəlalə Şahvələdqızı (Anna Falikova), Rövşən Kərimduxt (Mixail Tyablov), xalq artistləri Ramiz Novruz (Fyodor Stroçkov), Cəfər Namiq Kamal (Boris Lipovetski), Səidə Quliyeva (Yevgeniya Petrovna), əməkdar artist Füzuli Hüseynov (Viktor Çermetov), aktyorlar Mətləb Abdullayev (İvan Kostromitin), İlahə Həsənova (Olqa), Rüstəm Rüstəmov və Vüsal Mustafayev (Mayor), Ziya Ağa (Leytеnant Dmitri), Vüsal Məmmədov (Birinci cangüdən) və Mehman Fətullayev (İkinci cangüdən) çıxış edirlər.

Əsəri Azərbaycan dilinə yazıçı Etimad Başkeçid tərcümə edib.

Tamaşa sinif yoldaşlarının 20 il sonrakı görüşü, yaxud insan mənəviyyatının deqradasiyası haqqındadır. Müharibədən, eyni zamanda həyatın müxtəlif imtahanlarından çıxan sinif yoldaşları müharibə əlili İvanın ad günündə təkcə sosial vəziyyətlərindəki böhranı göstərmir, eyni zamanda mənəvi simalarını hansı şəkildə itirdiklərini də tamaşaçıya nümayiş etdirirlər. “Sinif yoldaşları” tamaşası təkcə ölkəmizin mədəni həyatındakı hadisə deyil, eyni zamanda Rusiya-Azərbaycan teatr əlaqələrində körpü rolunu oynayan növbəti uğurlu addımdır.

Qeyd edək ki, Yuri Polyokov “Əmrə yüz gün qalmış”, “Rayon miqyaslı fövqəladə vəziyyət”, “Süddə çəpiş” romanları ilə məşhurlaşıb. Əsərləri əsasında iyirmiyə yaxın bədii film çəkilib, pyesləri çoxlu sayda teatr səhnələrində tamaşaya qoyulub.

“Lenin komsomolu”, “N.Qoqol” və “İ.Bunin” adına ədəbiyyat mükafatlarına layiq görülüb. Rusiyanın “Vətən qarşısında xidmətlərinə görə”, “Dostluq” və “Şərəf” ordenləri ilə təltif olunub.

Moskvada nəşr olunan “Literaturnaya qazeta”nın baş redaktoru, Rusiya Dramaturqlar Gildiyasının sədridir.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
15.06.2019
Alim Qasımov kilsədə azan oxudu (VİDEO)
15.06.2019
Nəsimini sevən qadın necə öldü? - Faciəli tale
11.06.2019
Fuad Poladovun oğlu evləndi - Foto
08.06.2019
“Bütün qohumlarım məndən üz döndərdi” - Mübariz Tağıyev
07.06.2019
Yaşar Nurinin SON GÜNÜ: “Yatanda dedi ki...”