Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6568

Digər sorğular

Məcburi köçkünlərin növbəti qəbulu keçirilib

22:41  |    18 Sentyabr 2018  |   E-mail  |  Çapa göndər


Sentyabrın 18-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində məcburi köçkünlərin növbəti qəbulu keçirilib.

Komitədən Qaziler.az-a verilən məlumata görə, vətəndaşları Dövlət Komitəsinin sədri Rövşən Rzayev, şöbə və departament rəhbərləri fərdi qaydada qəbul ediblər. Onların hər birinin müraciəti diqqətlə dinlənilib və mahiyyəti üzrə cavablandırılıb. Müraciətlərin əksəriyyəti müvəqqəti yaşayış yerlərindəki vəziyyət, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluğun təmin edilməsi ilə bağlı olub.

Prezident İlham Əliyevin sosial siyasətinin prioritetlərindən biri kimi məcburi köçkünlərin problemlərinin həlli istiqamətində görülən işlər, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına, yeni mənzillərə köçürülməsinə Birinci vitse-prezident xanım Mehriban Əliyevanın göstərdiyi böyük və diqqət qayğı qəbula gələnlər tərəfindən dərin razılıq hissi ilə qeyd edilib. Heydər Əliyev Fondu tərəfindən məcburi köçkünlərin sağlamlığının qorunmasına, müayinə və müalicəsinin təşkilinə aid konkret faktlardan söhbət açılıb, Fondun rəhbərliyinin, şəxsən Mehriban xanımın ünvanına səmimi xoş sözlər və minnətdarlıq duyğuları ifadə olunub.

Vətəndaşlara bir daha bildirilib ki, Azərbaycan dövləti məcburi köçkünlərin normal və təminatlı yaşayışı üçün zəruri tədbirləri davam etdirməklə yanaşı, işğal altındakı ərazilərin tezliklə azad olunması, didərginlik məhrumiyyətlərinə son qoyulması üçün də məqsədyönlü və təsirli iş aparır. Diqqətə çatdırılıb ki, məcburi köçkünlər üçün yeni yaşayış kompleksləri inşa edilir və onların bu komplekslərə köçürülməsi mərhələli şəkildə həyata keçiriləcək, ilk növbədə, ən ağır şəraitdə yaşayanlar mənzillə təmin olunacaqlar.

Dövlət Komitəsinin sədri vətəndaşların müraciətlərində qaldırılmış məsələlərin araşdırılması və mövcud qanunvericiliyə uyğun tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
19.11.2019
Məcburi köçkünlər üçün əmək yarmarkası keçirilib
08.11.2019
Yevlaxda Əlilliyi olan şəxslər üçün Regional Bərpa Mərkəzi əsaslı təmirdən sonra istifadəyə verildi
07.11.2019
Şəhid ailələri, Qarabağ müharibəsi və 20 Yanvar əlillərinə daha 40 mənzil verildi - FOTO
06.11.2019
Gələn il Azərbaycanda orta aylıq pensiya 293 manat olacaq
06.11.2019
Əlilliyi olan şəxslərə reabilitasiya vasitələri yaşadıqları rayonlara aparılaraq təqdim edilib