Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6719

Digər sorğular

Abid Şərifov: “Hacıbala Abutalıbova tövsiyə verə bilmərəm” - AÇIQLAMA

17:39  |    18 Sentyabr 2018  |   E-mail  |  Çapa göndər


“79 yaşım var və artıq yaşlı adamam. Səhhətimdə də heç bir problem yoxdur. Hazırda pensiyaçıyam. Başqa heç bir işlə də məşğul olmuram. Ancaq istirahət edirəm”.

Bunu Modern.az-a açıqlamasında baş nazirin sabiq müavini Abid Şərifov deyib.

Baş nazirin sabiq müavini mətbuatda onun səhhətində problem olduğu və bununla əlaqədar xaricə göndərildiyi barədə yazılanlara etiraz edib:

“Demək istəyirəm ki, hazırda evdəyəm və səhhətim normaldır. Nə vaxtsa da xaricə getmək fikrim yoxdur. Mənim xaricdə nə işim var? 23 il dövlətin bir vəzifəsində vicdanla işləmişəm və bundan sonra da vicdanlı olacağam”.

Abid Şərifov onun keçmiş vəzifəsini hazırda icra edən baş nazirin müavini Hacıbala Abutalıbovun fəaliyyəti barədə danışmaq istəmədiyini deyib:

“Bu, mənim işim deyil. Mən tövsiyə verə bilmərəm. Hacıbala müəllimin fəaliyyətini mən yox, prezident qiymətləndirə bilər, bir də vətəndaşlar. Ancaq əsas cənab prezidentdir. Bu məsələ dah mənlik deyil”.

A.Şərifov bundan sonra mətbuatla sıx təmasda olmaq istəmədiyini qeyd edib:

“Mətbuata açıqlamalar vermək istəmirəm. Zamanında çox açıqlamalar vermişəm. Daha bəsdir...”.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
28.02.2020
Azərbaycanda koronavirusa yoluxmuş şəxs bu xəstəxanaya yerləşdirildi
28.02.2020
Prezidentin nazirlərin VI toplantısındakı çıxışı - TAM MƏTN
28.02.2020
Azərbaycanda bu küçə öz-özünə işıqlanır - VİDEO
28.02.2020
Çindən gətirilmiş bu məhsul məhv edildi — FOTOLAR
28.02.2020
Həbs edilən icra başçısı rayonu belə talayıb – FAKTLAR