Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6476

Digər sorğular

İqbal Ağazadə: "50 ilin hesabatını necə verim ki?"

15:07  |    17 Sentyabr 2018  |   E-mail  |  Çapa göndər


Bu günlərdə məndən tez-tez 50 yaşın hesabatını sorurlar...

50 yaşıma necə gəlib çatdım, heç özüm də bilmirəm.

Bu gün əlim çatmayan, ünüm yetməyən Qarabağda doğuldum, oktyabryat, pioner, komsomol kimi böyüdüm, millətçi kimi mübarizəyə qoşuldum, liberal kimi mücadiləm davam edir.

Bu əlli ildə yaşadığım ən böyük uğur Azərbaycanın müstəqilliyidir.

Gerisi hekayədir...

Oxudum, təhsil aldım, əlimə silah alıb cəbhədə döyüşdüm, auditoriyada tələbələrə dərs dedim, partiya qurdum, millət vəkili kimi seçici, vətəndaş haqlarını qorudum...
Amma... Vətəndaş ola bilmədim bu ölkə üçün... Onun torpaqlarını qoruya bilmədim. Qarabağı, Şuşanı əldən verdim. Onminlərlə qardaşım, bacım, qohum-əqrəbam ev-eşiyindən qovuldu - seyrçi qaldım, onları müdafiə edə bilmədim. Ac-yalavac, ümidsiz çöllərə düşən həmvətənimin qarnını doyura, ona ümid verə bilmədim. Bədəninin bir hissəsini doğma yurd-yuvasında qoyub gələn qazi qardaşıma sahib çıxa bilmədim.

Günü-güzəranı əzabla dolu olan, baxışlarında ümid, gözlərində sevinc işartısı olmayan, haqqı pozulan vətəndaşımı zillətdən qurtara bilmədim.

Nəyin hesabatını verim?

Necə verim, nə deyim?

Ailəm, övladlarım, doğmalarım üçün faydalı olmağa çalışdım bu 50 ildə... Amma..... Atamı öz bacı-qardaşlarının yanında dəfn edə bilmədim. Anamın illərdir yolçəkən gözlərini o yollardan yığa bilmədim. Oğlumu, qızımı doğulduğum, dünyaya gəldiyim kəndə, el-obaya apara bilmədim.

Mən bunun hesabatını necə verim? Bəraəti nədir ki?

Qarabağda - Vətən torpağında yağılar at oynadır, göz bəbəyimiz Şuşadan hər gün bir çəkiliş edərək, gözümə dağ çəkir. İki kilometr məsafəni adlayıb uçuq evimin divarlarına üz söykəyib ağlamağa belə cəsarətim yoxsa, danışmağa, hesabat verməyə üzüm necə olsun?

Adam kimi yaşamaq bilirsinizmi nədir? Azad olmaq, azad düşünmək, azad hərəkət etmək...

Mən vətənimdə bu başdan o başa qədər gedə bilmirəmsə, hansı hesabatı verə bilərəm?

Alxanlıdan Qaraxanbəyliyə, Murovdan Kəlbəcərə, Quzanlıdan Yusifcanlıya, Cocuq Mərcanlıdan Böyük Mərcanlıya gedə bilməyəndən adam da olmaz. Adam olmayanın hesabatımı olar?

Mən nə vətəndaş, nə oğul, nə adam ola bilmədim bu 50 ildə...

50 ilin hesabatını necə verim ki?

Hesabat vermirəm...

Söz verirəm!

Bundan sonra nə qədər canımda can var, vətəndaş, oğul, ADAM olacağam -

Azərbaycan üçün!

Söz!...

İqbal Ağazadə
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
19.09.2019
Fuad Qəhrəmanlı ilə Zümrüd Yağmur arasında məhkəmə başladı - İlk iclas
19.09.2019
"Qafqaz Neoliti" filminin təqdimatı keçirilib
19.09.2019
Prezident İlham Əliyev neft sənayesi işçilərini təltif edib- SİYAHI
19.09.2019
Misir Mərdanov: Nə altımda milyardlar var, nə üstümdə... - Video
19.09.2019
Sabahın havası: Rayonlarda leysan yağacaq