Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6559

Digər sorğular

Beynəlxalq Maliyyə Korporasiyası ilə əməkdaşlıq istiqamətlərinə dair müzakirələr aparılıb

18:56  |    15 Sentyabr 2018  |   E-mail  |  Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Beynəlxalq Maliyyə Korporasiyasının nümayəndələri ilə “Azərbaycanda İnvestisiya Mühiti və Aqrobiznes Rəqabətliliyi” layihəsi çərçivəsində əməkdaşlıq barədə müzakirələr aparılıb.

Nazirlikdən Qaziler.az-a bildirilib ki, müzakirələrin məqsədi məşğulluq sahəsində qanunvericiliyin təkmilləşdirilməsi, nazirlik yanında Dövlət Əmək Müfəttişliyinin potensialının və fəaliyyətinin səmərəliliyinin artırılması ilə bağlı təcrübə mübadiləsi istiqamətlərində əməkdaşlıq imkanlarının müəyyən edilməsi olub.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə kiçik və orta sahibkarlığın inkişafı, biznes mühitinin əlverişliliyinin artırılması, investisiya mühitinin, əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahələrində idarəetmənin təkmilləşdirilməsi, elektron informasiya ehtiyatlarının yaradılması, qeyri-formal məşğulluğa qarşı mübarizə istiqamətində həyata keçirilən tədbirlərdən danışıb.
Nazir müavini əmək, məşğulluq, sosial sığorta, işsizlikdən sığorta və istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta qanunvericiliyinin pozulması ilə mövcud nəzarət mexanizmlərinin təkmilləşdirilməsinə, bu məqsədlə qanunvericiliyin pozulması ilə bağlı olan inzibati xətaların aşkarlanmasında istifadə olunan dövlət orqanlarının və digər qurumların elektron informasiya ehtiyatlarının nazirliyin mərkəzi informasiya sisteminə inteqrasiya olunmasına zərurətin olduğunu bildirib.

İ.İsayev qeyd edib ki, ölkəmizdə əmək, məşğulluq, sosial sığorta və sığortanın digər növləri üzrə elektron informasiya resurslarının mövcud olması bu sahədə nəzarət tədbirlərinin sahibkarlıq subyektlərini narahat etmədən və ya sahibkarlıq subyektlərinin obyektlərinə getmədən qanunvericiliyin tələblərinin əməl edilməsi vəziyyətini müəyyən etmək, elektron informasiya ehtiyatlarının müqayisəli təhlili nəticəsində bir sıra əmək, məşğulluq, sosial sığorta, işsizlikdən sığorta və istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta qanunvericiliyinin pozulması hallarının aşkara çıxarılması mümkündür. Belə ki, mövcud elektron informasiya ehtiyatlarında olan hüquqi və fiziki şəxslər haqqında və inzibati xətanın mahiyyəti ilə bağlı məlumatlar sahibkarlıq subyektlərinə getmədən qanun pozuntusunun aşkar edilməsinə və elektron protokolun tərtib edilməsinə imkan verir.

Nazir müavini bildirib ki, qeyd olunanlar nəzərə alınaraq “Azərbaycan Respublikasında qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı”nın icrasını təmin etmək məqsədi ilə “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun layihəsi hazırlanıb və Nazirlər Kabinetinə təqdim edilib.

Layihədə əmək, məşğulluq, sosial sığorta, işsizlikdən sığorta və istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta qanunvericiliyinin pozulması ilə bağlı inzibati xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr və ya elektron informasiya ehtiyatları vasitəsi ilə aşkar edildikdə protokolun tərtib edilməsi və icraatın aparılması qaydası müəyyən edilib.

Nazir müavini “Məşğulluq haqqında” yeni qanunun qəbul edildiyini bildirirək qanunda məşğulluq sahəsində, xüsusi ilə də qeyri-formal məşğulluqla mübarizə sahəsində yeni informasiya ehtiyatlarının yaradılmasının nəzərdə tutulduğunu diqqətə çatdırıb. Eyni zamanda o, əmək müqaviləsi bildirişi informasiya ehtiyatının əmək münasibətləri sahəsində qanunvericiliyinin tələblərinə nəzarət edilməsində əhəmiyyətindən danışıb.
İdris İsayev bildirib ki, əmək, məşğulluq, sosial sığorta sahəsində nəzarət tədbirləri əsasən sahibkarlıq subyektləri ilə ünsiyyət yaratmadan elektron informasiya ehtiyatlarının məlumatları əsasında həyata keçirilməlidir. Bunun üçün elektron nəzarət sistemi yaradılmalı və risk meyarları müəyyən edilməlidir. Bu mənada beynəlxalq təcrübədən, xarici ekspertlərin dəstəyindən yararlanmaq görülən işlərin keyfiyyətinin daha da artmasına gətirib çıxaracaq.

“Azərbaycanda İnvestisiya Mühiti və Aqrobiznes Rəqabətliliyi” layihəsinin rəhbəri Lili Beqiaşvili Azərbaycanın müxtəlif sahələr üzrə sürətli inkişafa nail olduğunu vurğulayıb. Ölkənin müxtəlif qurumları ilə bir sıra layihələrin həyata keçirildiyini bildirən xanım Lili Beqiaşvili Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə də mövcud layihə çərçivəsində əməkdaşlıqda maraqlı olduqlarını diqqətə çatdırıb.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
08.11.2019
Yevlaxda Əlilliyi olan şəxslər üçün Regional Bərpa Mərkəzi əsaslı təmirdən sonra istifadəyə verildi
07.11.2019
Şəhid ailələri, Qarabağ müharibəsi və 20 Yanvar əlillərinə daha 40 mənzil verildi - FOTO
06.11.2019
Gələn il Azərbaycanda orta aylıq pensiya 293 manat olacaq
06.11.2019
Əlilliyi olan şəxslərə reabilitasiya vasitələri yaşadıqları rayonlara aparılaraq təqdim edilib
06.11.2019
DOST Agentliyində Bolqarıstanın Əmək və Sosial Siyasət naziri ilə görüş olub