Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6352

Digər sorğular

“Təhsil haqqında” qanuna dəyişiklik edilir

17:32  |    13 Sentyabr 2018  |   E-mail  |  Çapa göndər


“Təhsil haqqında” qanuna dəyişiklik təklif edilir.

AzVision.az xəbər verir ki, dəyişiklik Azərbaycan vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil almaq hüququ ilə bağlıdır.

Qanunun 44-cü (Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil almaq hüququ) maddəsinə yeni 44.1-1. bəndi əlavə olunur.

Həmin bəndə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsis etdiyi təhsil qrantı proqramı üçün ölkələri, ölkələr üzrə kvotaları, namizədlərin seçim meyarlarını və bunların əsasında qrant alacaq şəxslərin siyahısını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyənləşdirir.

Qeyd edək ki, qanuna edilən dəyişiklik Prezidentin "İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin vətəndaşlarına Azərbaycan Respublikasının ali təhsil müəssisələrində təhsil üçün qrantların verilməsi haqqında" 2017-ci il 6 dekabr tarixli 3457 nömrəli və "Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşlarına Azərbaycan Respublikasının ali təhsil müəssisələrində təhsil üçün qrantların verilməsi haqqında" 2018-ci il 10 ynavra tarixli 3567 nömrəli sərəncamlarının icrası məqsədilə təklif olunur.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
14.06.2019
Təhsil naziri “Son zəng” münasibəti ilə məzunları təbrik edib
11.06.2019
Prezident təhsil müəssisələrinin qazlaşdırılmasına 5,7 milyon manat ayırıb
04.06.2019
Millət vəkili: "Azərbaycanda qəbul imtahanları ləğv olunmalıdır"
02.06.2019
Buraxılış imtahanının ikinci mərhələsi keçirilir
31.05.2019
II və III qruplar üzrə qəbul imtahanının nəticələri açıqlanıb