Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6473

Digər sorğular

Erməni mətbuatı: Paşinyan Moskvadan əliboş qayıdıb

00:29  |    12 Sentyabr 2018  |   E-mail  |  Çapa göndər


Ermənistanın baş naziri Nikol Paşinyanın Moskvada erməni iş adamları il görüşü heç də yaxşı keçməyib və Paşinyan İrəvana əliboş qayıtmalı olub.

AzVision.az xəbər verir ki, bu barədə Ermənistanın nüfuzlu “Joxovurd” qəzeti etibarlı mənbələrinə istinadən məlumat yayıb.

Qeyd olunur ki, Moskvadakı görüşdə əsasən, Ermənistanın əvvəlki hökuməti – Serj Sarkisyanla xüsusi bağlara malik ona sadiq erməni biznesmenlər iştirak ediblər və Paşinyanla üzbəüz oturmaq onlarda narahatlıq yaradıb.

“Erməni iş adamlarından çoxu Paşinyanla görüşə sadəcə izləyici kimi gəldilər, oturdular və getdilər. Digərləri isə Paşinyana bəyan etdilər ki, daha Ermənistana pul ötürməyəcəklər. Çünki İrəvandakı yeni hökumətin onlar üçün əlavə baş ağrısı yaradacağından qorxurlar. Belə olduqda, onların yaxın təcrübədə olduğu kimi şantaj və saxta ittihamlar yolu ilə həbsə atılmamaq üçün Ermənistana “investisiya” ayırmaq niyyətləri yoxdur”, – deyə “Joxovurd” yazıb.



Həmçinin vurğulanıb ki, Moskvadakı görüşdə “Üçlər dialoqu”nun keçmiş sahibi Ruben Vardanyan Paşinyanla olduqca sərt danışıb. Səbəb isə Vardanyanın İrəvandakı yeni hökumətdən narazı olmasıdır.

“Joxovurd”un məlumatına görə, qəyyumlar şurasında Rubenin də təmsil olunduğu “Strateji təşəbbüslər mərkəzi” Fondunun Ermənistandakı fəaliyyətinə son qouylub. Bununla da, Paşinyan hökuməti Vardanyanın “ayağına basıb”. Bu cür davam edərsə, Paşinyan Rusiyadakı erməni biznesmenlərin İrəvandan üz döndərməsinə səbəb olacaq. Bu isə gələcəyi qeyri-müəyyən olan Ermənistanın iqtisadi və strateji maraqlarına böyük zərbə vuracaq.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
16.09.2019
Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri başlayıb - VİDEO
16.09.2019
Prezident İlham Əliyev Türkiyənin Vitse-prezidentinin başçılıq etdiyini nümayəndə heyətini qəbul edib - YENİLƏNİB
15.09.2019
Türkiyə Respublikasının Vitse-prezidenti Azərbaycana rəsmi səfərə gəlib
15.09.2019
Ещё раз к армянским манипуляторам и фальсификаторам
14.09.2019
Qafqaz Türk İslam Ordusunun Bakının işğaldan azad etməsinin 101-ci ildönümü ilə bağlı möhtəşəm tədbir keçirilib