Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6528

Digər sorğular

Baloğlan Əşrəfovun konsertində zal boş qaldı: O, məhkəməyə verilir

23:37  |    09 Sentyabr 2018  |   E-mail  |  Çapa göndər


Ötən gün əməkdar artist Baloğlan Əşrəfovun Yaşıl Teatrda solo konserti baş tutub.

Musavat.com xəbər verir ki, gecədə zalın çox oturacağının boş olması və səhnə dekorasiyasının olmaması diqqət çəkib. İfaçı isə konsertdəki çatışmazlıqlarda gecənin təşkilatçısı, “Xattab Organization” şirkətinin rəhbəri Samir Xəttabı günahlandırıb.

B.Əşrəfovun ittihamlarına təşkilatçı sosial şəbəkədə cavab verib. O, əməkdar artisti məhkəməyə verəcəyini bildirib: “Baloğlan Əşrəfovun konsertinin təşkilatçılığı mənə aid deyildi. Çünki bu gün biletlərin bərbad sayda satılmasına görə rəsmi olaraq konserti ləğv edib, bu barədə müvafiq şirkətə məlumat verərək biletlərin geri qaytarılmasını təmin etmələrini xahiş etmişdim. Bu barədə müğənniyə də məlumat vermişdim. Özlərinin məndən icazəsiz, lakin mənim şirkətimə məxsus kassa hesabından istifadə edərək təşkil etdikləri tamaşa mənə məxsus olmadığı üçün orada iştirak etmədim.

Çünki kariyeram boyu bu cür texniki rayder, səhnə tərtibatı olan konsert təşkil etməmişəm. 12 gün öncədən ləğv etmək istəyəndə son günə qədər gözləməyi xahiş edən, bərbad sayda satılmış biletlərdən biabır olmaqdan çəkinən sənətçi bu gün səhnədə niyəsə elə hey məni yad edirmiş. Hətta təşkilatçını tanımırmış. Hələ indiyə kimi bu qədər reklamı edilməyən şəxs niyəsə özünə aid olan tamaşanı utanaraq mənim adıma yamamaq istəyib. Arxada başqa, üzdə başqa danışmaq lazım deyil.

Hər şey rəsmidir. Bazar ertəsi bütün rəsmi sənədlərlə açıqlamam olacaq və barəsində mənim ünvanıma kütləvi tədbirdə şər-böhtan fikirlərinə, ictimai işgüzar nüfuzuma xələl yetirməsinə görə, maddi və mənəvi təzminat şikayəti ilə ömrümdə ilk dəfə məhkəməyə müraciət edəcəm. Arxamca danışmaqdansa, mənim kimi zəng edib, üzə demək daha çox cəsarət tələb edir, uçan quşlar...

P.S: Azis, sənin konsertindən sonra adım belə bir yerdə hallandığı üçün bağışla”.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
22.10.2019
Əməkdar artistdən Azər Paşa Nemətova sərt ittiham
22.10.2019
Afaq Bəşirqızı: "Bu qədər yalan olmaz!" - Xalq artisti"
20.10.2019
"Kuruluş Osman" yayımlanmadan rekord qırdı
07.10.2019
Tanınmış döyüşçü-rəssamın iki əsəri “Nəsimi dünyası rənglərin işığında” adlı kitabda yer alıb
07.10.2019
Fədayə Laçın azadlığa çıxmağa hazırlaşır