Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6712

Digər sorğular

Qarabağ veteranı olan aktyoru teatrdan uzaqlaşdırdılar — SƏBƏB

16:48  |    09 Sentyabr 2018  |   E-mail  |  Çapa göndər


İrəvan Dövlət Azərbaycan Dram Teatrının aktyoru, əməkdar artist Vaqif Kərimov işdən çıxarılıb.

"Ölkə.Az"ın məlumatına görə teatrın direktoru İftixar Piriyev tanınmış aktyorla müqaviləni uzatmaqdan imtina edib. Aktyor özü əməkdaşımızla söhbətində bildirib ki, o, işdən çıxarılandan sonra daha yaşlı iki aktyor ştata götürülüb:

"Guya rəsmi qərara görə altmış yeddi yaşım tamam olduğuna görə mənimlə müqaviləni uzatmır. Əslində, onun belə bir ixtiyarı yoxdur. Həm də məndən sonra aktyor ştatına yetmiş yaşı olan iki nəfəri götürüb".

Əməkdar artist hesab edir ki, İ.Piriyev onu yaşa görə deyil, başqa səbəbdən işdən çıxarıb:
"Səbəb onun teatrdan gənc və istedadlı aktyorlarını uzaqlaşdırmağına etiraz etməyimdir.
Mən Qarabağ müharibəsinin iştirakçısıyam, 1993-95-ci illərdə qanlı döyüşlərdə kəşfiyyat komandiri, tabor komandiri olmuşam. İftixar Piriyevlə bu barədə danışdım. Deyir ki, kimə istəyirsən şikayət elə, heç kimdən qorxmuram. Hazırda Mədəniyyət Nazirliyindən gəlirəm. Ordan da bildirdilər ki, direktorun belə ixtiyarı yoxdur. Araşdırıb mənə cavab verəcəklər".

Mövzunu diqqətdə saxlayacağıq.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
19.02.2020
“Nə Xan Şuşinskinin, nə də Üzeyir bəyin əsərlərini çörəyə bağlamaq mümkün deyil...”
12.02.2020
Moskvada Müslüm Maqomayevin xatirəsinə həsr olunmuş konsert keçiriləcək
11.02.2020
Bakılı rejissorun Oskar mükafatı qazanmış filminin premyerasından 40 il ötür
04.02.2020
Xalq artisti səhhətindən danışdı: “90 yaşlı adam necə olar?”
04.02.2020
Polad Bülbüloğlu: “Qələbə marşını özüm yazacağam”