Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6898

Digər sorğular

1214 nəfər məcburi köçkün özünüməşğulluq proqramına cəlb olunub

01:18  |    08 Sentyabr 2018  |   E-mail  |  Çapa göndər


Bu il məşğulluq orqanlarının xətti ilə 2158 məcburi köçkün işlə təmin edilib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən icra olunan özünüməşğulluq proqramına cəlb edilmək üçün müraciət edənlər arasında üstünlük verilən kateqoriyalardan biri də məcburi köçkünlərdir.

Bu ilin ötən dövründə özünüməşğulluq proqramına cəlb edilmək üçün müraciət edən məcburi köçkünlərdən özünüməşğulluq fəaliyyətini və ailə əməyinə əsaslanan kiçik biznesini qurmaq üçün potensialları olan 1214 nəfər proqrama cəlb edilib. Onlar üçün kiçik biznesin qurulması və idarəedilməsi üzrə təlim kursları təşkil olunub. Artıq əksər hissəsi kursları uğurla başa vuraraq biznes planlarını müdafiə ediblər. Biznes-planları müsbət dəyərləndirilən şəxslərə kiçik ailə təsərrüfatlarını qurmaq üçün yaxın günlərdə aktivlər veriləcək.

Hazırda işsiz və işaxtaran şəxslərin özünüməşğulluq proqramına cəlb edilməsi işləri davam edir və ilin sonunadək proqrama cəlb olunacaq məcburi köçkünlərin sayının artacağı gözlənilir.

Məcburi köçkünlərin məşğulluğunun təmin olunması işlərinin davamı kimi, 2018-ci ilin yanvar-avqust aylarında nazirliyin məşğulluq orqanlarının xətti ilə 2158 məcburi köçkün işlə təmin edilib. 36 nəfər məcburi köçkün ödənişli ictimai işlərə, 174 nəfər məcburi köçkün isə peşə hazırlığına cəlb olunub.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
03.06.2020
Müharibə veteranlarına 46 gündən az olmayan məzuniyyət verilməsi təklif olunur
03.06.2020
Azərbaycanda hadisə! Səsini yazıb özünü tövlədə asdı - ƏTRAFLI
02.06.2020
İyun ayında qeyri-iş günlərinin sayı bəlli oldu
01.06.2020
“Reabilitasiya” elektron sistemi yaxın aylarda işə salınacaq
29.05.2020
Mənzillə təmin edilən şəhid ailələri və müharibə əlillərinin sayı 7700-ə çatıb