Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6473

Digər sorğular

Tehranda İran, Türkiyə və Rusiya prezidentlərinin zirvə görüşü keçirilib - VİDEO

20:21  |    07 Sentyabr 2018  |   E-mail  |  Çapa göndər


İranın paytaxtı Tehran şəhərində İran, Türkiyə və Rusiya prezidentlərinin zirvə görüşü keçirilib.

Üç ölkənin prezidentləri - Həsən Ruhani, Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin görüşdə Suriya məsələsi, o cümlədən İdlib əyalətindəki vəziyyəti müzakirə ediblər.

“Türkiyə daha Suriyadan qaçqınlar qəbul etməyə qadir deyil". Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Tehranda iranlı və rusiyalı həmkarları ilə üçtərəfli görüşdə deyib. O, vurğulayıb ki, Suriya ordusunun İdlibdə əməliyyatlar keçirməsi humanitar fəlakətə səbəb ola bilər: "Suriyanın İdlib vilayətindəki vəziyyət risk nöqtəsinə gəlib çatıb. Bu region Türkiyənin təhlükəsizliyi üçün vacibdir".

"Suriyanın İdlib əyalətində terrorçular müxtəlif təxribatlar hazırlayır və törədir". Bunu isə Rusiya prezidenti Vladimir Putin deyib. Onun sözlərinə görə, ən təhlükəli məqam təxribatlarda kimyəvi silahlardan da istifadə olunmasıdır.

V.Putin bildirib ki, hazırda ölkə ərazisinin 95 faizi terrorçulardan təmizlənib, 15 minədək sakin yurd-yuvasına dönüb.

Rusiya prezidenti davamlı humanitar tədbirlərlə suriyalıların evlərinə qaytarılmasına tərəfdar olduğunu vurğulayıb: “Suriya probleminə dair daha əvvəl keçirilmiş iki zirvə görüşünün qərarları uğurla həyata keçirilir. Ölkədəki vəziyyətin sabitləşməsi istiqamətində xeyli irəliləyiş var”. /Report/



Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
15.09.2019
Ehud Barak: "Netanyahu yenidən baş nazir seçilsə..."
15.09.2019
İran XİN ABŞ dövlət katibini yalan danışmaqda ittiham edib
15.09.2019
Türkiyə Su-35-lər alır? - Nazir açıqladı
15.09.2019
Yakutiyada helikopter yoxa çıxdı
14.09.2019
"Boris Consonun məqaləsi İslama qarşı nifrəti daha çox artırıb" - Açıqlama