Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6898

Digər sorğular

Azərbaycanla Qazaxıstan arasında gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunub

00:23  |    06 Sentyabr 2018  |   E-mail  |  Çapa göndər


Azərbaycanla Qazaxıstan arasında əmək, məşğulluq və sosial müdafiə
sahələrində gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunub

Astana şəhərində (Qazaxıstan) keçirilən regional konfransda iştirak edən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevlə Qazaxıstan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Madina Abılkasımova arasında görüş olub.

S.Babayev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu sosial-iqtisadi inkişaf strategiyası nəticəsində ölkəmizdə dayanıqlı inkişafın təmin edildiyini vurğulayıb. Nazir ölkəmizdə sosial sahədə əldə olunan nailiyyətləri, aktiv əmək bazarı proqramlarının, o cümlədən özünüməşğulluq proqramının icrası sahəsində görülən işləri diqqətə çatdırıb. O, pensiya və müavinətlər, əlilliyin qiymətləndirilməsi və reabilitasiya sistemlərinin təkmilləşdirilməsi, bu sahələrdə avtomatlaşdırılmış, tam şəffaf, müasir idarəçilik və xidmət mexanizmlərinin qurulması, xidmətlərin vahid pəncərə prinsipi əsasında təşkil olunması yönündə aparılan islahatlar barədə məlumat verib.

Sosial cəhətdən həsas qrupların, o cümlədən əlilliyi olan şəxslərin əmək bazarına inteqrasiyasının diqqətdə olduğunu bildirən S.Babayev qeyd edib ki, Azərbaycanla Qazaxıstan arasında ötən dövrdə əmək və sosial müdafiə sahəsində formalaşan əməkdaşlıq əlaqələrinin genişləndirilməsi məqsədəuyğundur. Aktual iş sahələrində həyata keçirilən islahatlarla, eləcə də əmək bazarı, məşğulluq və s. sahələrdə aparılan işlərlə bağlı təcrübə mübadilələri hər iki tərəf üçün mühüm əhəmiyyət kəsb edir. Əməkdaşlığın gələcək istiqamətləri ilə bağlı iki nazirlik arasında Memorandum layihəsi hazırlanır. “Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında pensiya təminatı sahəsində Saziş” layihəsinə də hazırda baxılmaqdadır.
Ümumilikdə iki ölkə arasında əməkdaşlığın gücləndirilməsi üçün geniş potensialın olduğunu vurğualayan nazir görüş zamanı M.Abılkasımovanı ölkəmizə səfərə dəvət edib.

S.Babayev beynəlxalq təşkilatlar, həmçinin Beynəlxalq Əmək Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və s. çərçivəsində faydalı əməkdaşlığın, qarşılıqlı dəstəyin davam etdirilməsinin vacibliyini diqqətə çatdırıb. O bildirib ki, İƏT-in Bakıda yaradılması nəzərdə tutulan Əmək Mərkəzi Təşkilata üzv ölkələr, eləcə də Azərbaycan və Qazaxıstan arasında əmək və məşğulluq sahəsində əməkdaşlığın genişlənməsində mühüm rol oynayacaq. Mərkəzin fəaliyyətə başlaması üçün onun Nizamnaməsinin 10 ölkə tərəfindən imzalanması tələb olunur ki, artıq Türkiyə və Azərbaycan tərəfindən həmin sənəd imzalanıb.

Nazir həmçinin Bakı şəhərinin “Expo 2025” sərgisinə ev sahibliyinə namizədliyinin Qazaxıstan tərəfindən də dəstəklənəcəyinə əminliyini bildirib.

M.Abılkasımova ölkəsində əmək və sosial müdafiə sistemində islahatların davam etdirildiyini, bir sıra sahələrin, o cümlədən əlilliyin qiymətləndirilməsi sisteminin avtomatlaşdırılması işlərinin aparıldığını, müvafiq sahələrdə həyata keçirilən islahatlar prosesində Azərbaycanla geniş təcrübə mübadilələrinə xüsusi önəm verdiklərini bildirib. O, iki ölkə arasında əməkdaşlığın yeni istiqamətlər üzrə genişləndirilməsində maraqlı olduqlarını, bunun üçün mövcud olan imkanların reallaşdırılması üçün müvafiq işlərin aparılacağını vurğulayıb.

Görüşdə Azərbaycanla Qazaxıstan arasında əmək, məşğulluq və sosial müdafiə sahələrində gələcək əməkdaşlıq istiqamətləri ətraflı müzakirə olunub.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
03.06.2020
Müharibə veteranlarına 46 gündən az olmayan məzuniyyət verilməsi təklif olunur
03.06.2020
Azərbaycanda hadisə! Səsini yazıb özünü tövlədə asdı - ƏTRAFLI
02.06.2020
İyun ayında qeyri-iş günlərinin sayı bəlli oldu
01.06.2020
“Reabilitasiya” elektron sistemi yaxın aylarda işə salınacaq
29.05.2020
Mənzillə təmin edilən şəhid ailələri və müharibə əlillərinin sayı 7700-ə çatıb