Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6599

Digər sorğular

“Qarabağ“ın daha iki potensial rəqibi bəlli oldu

21:00  |    21 May 2015  |   E-mail  |  Çapa göndər

2015/2016 mövsümündə ölkəmizi Çempionlar Liqasında təmsil edəcək "Qarabağ"ın II təsnifat mərhələsindəki daha iki potensial rəqibi müəyyənləşib.

Qol.Az-ın məlumatına görə, bunlardan biri Slovakiya çempionu "Trençin"dir.

Ölkə çempionatının 31-ci turunda səfərdə "Bustrika"ya 1:0 hesabı ilə qalib gələn komanda sona iki tur qalmış çempionluğunu rəsmiləşdirib. Xalını 71-ə çatdıran "Trençin" ən yaxın izləyicisi "Jilina"nı 8 xal qabaqlayıb.

Azərbaycan çempionu "Qarabağ"ın Çempionlar Liqasının II təsnifat mərhələsindəki digər potensial rəqibi Moldovanın "Milsami" klubudur. Çempionatın 31-ci turunda evdə "Daçiya"nı 2:1 hesabı ilə məğlub edən "Milsami" tarixində ilkə imza atıb. Moldova çempionatında 31 turdan sonra "Milsami", "Daçiya" və "Şerif" klubları 55 xala malik olsa da, birincilər şəxsi oyunlarda rəqiblərini üstələdikləri üçün tarixində ilk dəfə ölkə çempionu adını qazanıblar.

Çempionlar Liqasına II təsnifat mərhələsindən qoşulacaq həm "Trençin", həm də "Milsami" püşk zamanı səpələnməmişlər səbətində qərarlaşacaq. Bu isə o deməkdir ki, hər iki klub "Qarabağ"a rəqib ola bilər.

Qeyd edək ki, Çempionlar Liqasının II təsnifat mərhələsinin püşkü iyunun 22-də atılacaq.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
10.12.2019
Azərbaycan idmançıları Moskvada dünya rekordunu qıraraq çempion oldular
09.12.2019
Milli Qəhrəmanın oğlu dünya çempionu oldu - FOTO
03.12.2019
"Psixoloji gərginlik var" - Qurban Qurbanov
02.12.2019
“Judo Club 2012” ulu öndər Heydər Əliyevin anım gününə həsr olunan turnir keçirib
30.11.2019
Güləşçimiz Hacı Əliyev ALROSA kuboku yarışında qələbə qazanıb