Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6898

Digər sorğular

Məktəblilərin peşə təlimi yolu ilə cəmiyyətə inteqrasiyası layihəsi uğurla davam etdirilir

23:29  |    04 Sentyabr 2018  |   E-mail  |  Çapa göndər


Oğuz şəhər Emin Abdullayev adına 2 nömrəli tam orta məktəb Azərbaycan Respublikası Təhsil Nazirliyinin elan etdiyi təhsildə inkişaf və innovasiyalar üzrə 2-ci qrant müsabiqəsinin qalibi olmuşdur.

Layihənin əsas məqsədi rayonun şəhər və kənd məktəblərinin yuxarı sinif şagirdlərindən ali təhsil almaq imkanı olmayan, bacarıq və qabiliyyəti olan, konkret peşə sahibi olmaq istəyən şagirdlər seçilərək (ümumilikdə 50 nəfər şagird) peşakar kurslara (10 nəfər kişi bərbəri, 10 nəfər qadın bərbəri, 10 nəfər kişi dərzisi, 10 nəfər qadın dərzisi və 10 nəfər kompüter mühəndisliyi) cəlb edilməklə onlara peşə təlimləri keçmək, gələcək peşə istəklərinə uyğun iş qurma bacarıqları verməklə cəmiyyətə inteqrasiyasını təmin etməkdir. Kurslar həftədə 2 gün, hər gün 3 saat olmaqla 2 ay (1 ay nəzəri biliklər, 1 ay praktik biliklər verilməklə) müddətində keçirilməkdədir. Kursu bitirən şagirdlərə diplom və sertifikatlar veriləcəkdir.

Bütövlükdə üç mərhələdə həyata keçirilməsi nəzərdə tutulmuş layihənin artıq birinci mərhələsi yekunlaşdırılmışdır. Qeyd edim ki, layihənin birinci mərhələsində Oğuz rayonunun şəhər və kənd məktəblərindən seçilərək kurslara cəlb olunmuş şagirdlər ilkin peşə vərdişlərinə yiyələnmək üçün nəzəri bilikləri proqrama uyğun mənimsəmişlər.

Artıq praktik məşğələlərin tədrisinə start verilmişdir. Təlimlərin müntəzəm monitorinqi əminliklə deməyə əsas verir ki, layihə başa çatdıqdan sonra bir neçə nəfər məktəbli gələcək həyatlarını arzu və istəklərinə uyğun qura biləcək.

Azərbaycan Respublikası Təhsil Nazirliyinin həyata keçirdiyi bütün səmərəli fəaliyyətin tərkib hissəsi olaraq qrant layihələrin elan olunması və zəruri addımların atılması regionlarda ictimaiyyət tərəfindən təqdir olunur, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin hər bir vətəndaşa olan diqqətinin təzahürü olaraq xarakterizə edilir.

Oğuz şəhər E. Abbullayev adına 2 nömrəli tam orta məktəbin bütün pedaqoji kollektivi dövlətimizin təhsil siyasətinin tərkib hissəsi kimi bilik və bacarıqlarını səfərbər edərək əsl vətəndaş hazırlamağı qarşıya məqsəd qoymuşdur.

Ulu öndər H. Əliyevin “Gələcək bilikli və elmli insanların çiyinləri üzərində qurulacaqdır.” fikrini əsas meyar götürərək uğura doğru inamla addımlayırıq.
Yorulmaz fəaliyyətin qarşılığı olaraq 2014-2015-ci dərs ilində “İlin ən yaxşı məktəbi” müsabiqəsinin qalibi olmağımız, hər il 600 baldan yüksək nəticələrlə ali məktəblərə qəbul olan məzunlarımızın sevinci, son iki ildə müntəzəm olaraq qızıl medalla təltif olunan şagirdlərimizin olması, ulu öndər H. Əliyevin anadan olmasının müvafiq olaraq 94-cü və 95-ci ildönümünə həsr olunmuş “Ən yaxşı təqdimat” müsabiqələrində məzunlarımızın respublika üzrə birinci və ikinci yerlərə layiq görülməsi, müəllimlərimizin Əməktar müəllim və s. fəxri adlarla təltif olunması bizi daha da ruhlandırır, gələcək fəaliyyətimizdə dövlətimizin qarşıya qoyduğu məqsədlərə doğru yürüməyə səfərbər edir.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
03.06.2020
Müharibə veteranlarına 46 gündən az olmayan məzuniyyət verilməsi təklif olunur
03.06.2020
Azərbaycanda hadisə! Səsini yazıb özünü tövlədə asdı - ƏTRAFLI
02.06.2020
İyun ayında qeyri-iş günlərinin sayı bəlli oldu
01.06.2020
“Reabilitasiya” elektron sistemi yaxın aylarda işə salınacaq
29.05.2020
Mənzillə təmin edilən şəhid ailələri və müharibə əlillərinin sayı 7700-ə çatıb