Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6898

Digər sorğular

Məcburi köçkünlərin növbəti qəbulu keçirilib

18:56  |    04 Sentyabr 2018  |   E-mail  |  Çapa göndər


Sentyabrın 4-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində məcburi köçkünlərin növbəti qəbulu keçirilib.

Qaziler.az bildirir ki, Dövlət Komitəsinin sədri, sədr müavinləri, şöbə və departament rəhbərlərinin iştirak etdiyi qəbulda Bakı şəhəri və digər bölgələrdən gələn məcburi köçkünlərin müraciətlərinə baxılıb.

Müraciətlər, əsasən, mənzil-məişət, kommunal, statusun verilməsi və məşğulluqla bağlı olub.

Komitə sədri onları fərdi qaydada dinləyib, müraciətləri ilə bağlı geniş izahat verilib.
Məcburi köçkünlərə məlumat verilib ki, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması hər zaman Prezident İlham Əliyevin diqqət mərkəzindədir. Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə bu istiqamətdə ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir. Məcburi köçkünlərə göstərilən diqqət və qayğının nəticəsidir ki, onlar müvəqqəti yaşayış yerləri və çadır düşərgələrindən müasir, bütün zəruri infrastrukturu qurulmuş qəsəbələrə köçürülüblər. Prezident İlham Əliyevin rəhbərliyi ilə ərazilərimiz işğaldan azad edildikdən sonra bu cür qəsəbələr həmin ərazilərimizdə də salınacaq.

Dövlət Komitəsinin sədri müraciətlərin qısa müddətdə araşdırılacağını və müvafiq tədbirlər görüləcəyini bildirib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
03.06.2020
Müharibə veteranlarına 46 gündən az olmayan məzuniyyət verilməsi təklif olunur
03.06.2020
Azərbaycanda hadisə! Səsini yazıb özünü tövlədə asdı - ƏTRAFLI
02.06.2020
İyun ayında qeyri-iş günlərinin sayı bəlli oldu
01.06.2020
“Reabilitasiya” elektron sistemi yaxın aylarda işə salınacaq
29.05.2020
Mənzillə təmin edilən şəhid ailələri və müharibə əlillərinin sayı 7700-ə çatıb