Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6482

Digər sorğular

Tanınmış jurnalist Ramilə Qurbanlının yeni kitabı işıq üzü gördü

16:34  |    04 Sentyabr 2018  |   E-mail  |  Çapa göndər

Tanınmış jurnalist-publisist, Prezident yanında Bilik Fondunda aparıcı məsləhətçi, Azərbaycan Jurnalistlər Birliyinin və Teatr Xadimləri İttifaqının üzvü Ramilə Qurbanlının “Müharibə miniatürləri” adlı yeni kitabı çap olunub.

Modern.az-ın məlumatına görə, Qarabağ müharibəsindən bəhs edən kitabda ayrı-ayrı, amma bir-biri ilə bağlı real həyat hadiələri təsvir olunub.

“Kitabda müharibənin insan həyatında buraxdığı izlərdən, insan psixologiyasına təsirindən yazmışam. Başqa sözlə, o hadisələri təsvir etdim ki, orda bu həqiqətlər öz əksini tapır. Məhz həqiqətlər!”,-deyə müəllif Modern.az-a bildirib.

Ramiə Qurbanlı 1970-ci il oktyabrın 13-də Cəbrayıl rayonu Maralyan kəndində anadan olub. 1994-cü ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunu rus dili filologiyası ixtisası üzrə bitirib. 1994-95-cı illərdə Xızı rayonu Sitalçay orta məktəbində rus dilindən dərs deyib.

Mətbuatda hekayələr, reportajlar, publisistik materiallarla çıxış edib. İlk dəfə 1995-ci ildə “Ədəbiyyat qəzeti”ndən peşəkar jurnalistika fəaliyyətinə başlayıb. “7 Gün”, “Gənclik – P.S”, “Gün Səhər”, “Üç nöqtə”, “Yeni zaman” qəzetlərində, Lent.az, Kulis.az internet saytlarında müxbir və redaktor vəzifələrində çalışıb. APA internet TV –də “Mizan” adlı müəllif proqramı ilə efirə çıxıb. "33 pərdəli dram", "Leyla Bədirbəyli","Lütfəli Abdullayev", "Əliağa Ağayev", "Ələsgər Ələkbərov", "Müharibə miniatürləri" adlı kitabların müəllifidir.

Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
20.09.2019
Xalq artisti Arif Babayev Türkiyədə xəstəxanaya yerləşdirilib
19.09.2019
Türkiyə kanalı Üzeyir Hacıbəyli haqqında film çəkdi - VİDEO
18.09.2019
Stalinə mahnı oxutduran, Mircəfərə tabut daşıtdıran azərbaycanlı dahi – HƏYAT HEKAYƏTİ
18.09.2019
Şuşalı Üzeyir bəyin Ağcabədidə doğulmasının MARAQLI TARİXÇƏSİ
18.09.2019
Bu gün Milli Musiqi Günüdür